Yuxarı

İqtidarda islahatlara mane olanlar kimlərdir? - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtidarda islahatlara mane olanlar kimlərdir? - Deputat

Oktyabrın 15-də keçirilən müşavirədə möhtərəm, cənab Prezidentimiz İlham Əliyev ötən doqquz ayda ölkəmizdə sosial-iqtisadi inkişafın vacib məqamları üzərində lakonik şəkildə dayandı, onun təhlilini verdi, qarşıda duran vəzifələrin aydın və dəqiq konturlarını cızdı.

Axar.az xəbər verir ki, bu sözləri bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib. Deputat bildirib ki, iqtidar daxilində müəyyən qüvvələr əslində radikal müxalifətə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər:

“Ölkəmizin sosial-iqtisadi inkişafı göz önündədir və qərəzli opponentlərdən tam fərqli olaraq hər şeydən öncə, bu inkişafdan, inkişafı görüb dost ölkələrin dövlət başçılarının onu etiraf etməsindən qürur duyur, yüksəlişimizi istəməyən, yüksəlişimizdən dərin peşmançılıq keçirən və necə deyərlər, qanı it qanına dönənlərin kədərindən də pozitiv emosiyalar alıram.

Cənab Prezident islahatların həyata keçirilməsi zamanı son təyinatlar və islahatların verdiyi konkret nəticələr üzərində də dayandı. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etdiyi son kadr dəyişikliyi, onların müasirliyi, XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə və innovativ qurmasını vurğulamaqla bərabər, onlara qarşı “qara piar”dan da söz açdı. Mətbuat vasitəsilə bəzi yüksək ranqlı məmurların çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, onların islahatlara qarşı şantaj etdiyini xüsusi olaraq önə çəkdi, ciddi məqamlara aydınlıq gətirdi. Bu, bir daha təsdiq etdi ki, ölkə Prezidenti cəmiyyətdə və iqtidar daxilində gedən bütün proseslərin fövqündədir və hər şeydən xəbəri var.

Prezident islahatları buxovlamağa çalışanlarla birgə işləməyin mümkün olmayacağını vurğuladı və bunu artıq yeni prosesin başlanğıcı kimi dəyərləndirdi. Çoxumuz müxtəlif mənbələrdən daxil olan bu tip söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar əslində radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşır və mövqelərini qoruyub saxlamağa çalışırlar. Deməli, yaılmış söz-söhbətlərin kifayət qədər əsası varmış. Cənab prezident bunu açıqladı və məlum şəxslərə konkret mesajını verdi.

Yaxın zamanlarda ciddi kadr islahatlarının aparılması şübhə doğurmur. Fərqi yoxdur, bu, özünə hörmət edib könüllü istefa şəklində də, ölkə prezidentinin sərancamılə də reallaşa bilər. Cəmiyyətin acgözlüklə gözlədiyi və dövlətçiliyimizin yeni mərhələyə çıxaracağı anlar çox da uzaqda deyil.

Xatırlatmaq istərdim ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi müşavirədə iştirakı da təsadüfi deyildi. Xalqımız onun layiq olduğu kürsüdə əyləşməsini çoxdan gözləyirdi”.

Tarix
2019.10.17 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla