Yuxarı

Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası London-2012 Yay Olimpiya Oyunlarında qadınlar arasında 800 metr məsafəyə qaçış yarışında medalların yenidən bölüşdürülməsini təsdiqləyib.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, daha əvvəl gümüş medal qazanmış Yekaterina Quliyeva (qızlıq soyadı Zavyalova, ilk nikahdan sonra Poistoqova) bu mükafatdan məhrum edilib. İdmançı 2021-ci ildən Türkiyə millisinin şərəfini qoruyur.

London Olimpiadasında idmançı əvvəlcə üçüncü yeri tutmuşdu. Lakin yarışın qalibi olan rusiyalı Mariya Savinovanın dopinq səbəbindən diskvalifikasiya edilməsindən sonra Quliyeva ikinci pilləyə yüksəlmişdi. Həmin vaxt qızıl medal Cənubi Afrika Respublikasını təmsil edən Kaster Semenyaya verilmişdi.

2015-ci ildə Riçard Maklarenin hesabatı əsasında Quliyeva iki il müddətinə diskvalifikasiya olunsa da, İdman Arbitraj Məhkəməsi (CAS) onun Olimpiya medalını qüvvədə saxlamışdı.

Yeni araşdırma 2024-cü ilin aprelində Ümumrusiya Yüngül Atletika Federasiyasının (VFLA) idmançıya iki illik diskvalifikasiya verməsi və 17 iyul 2012-ci ildən 20 oktyabr 2014-cü ilədək əldə etdiyi bütün nəticələri ləğv etməsi ilə başlayıb. Qərarın əsasını Ümumdünya Antidopinq Agentliyinin (WADA) Moskva Antidopinq Laboratoriyasının (LIMS) bazasından əldə etdiyi məlumatlar təşkil edib.

2024-cü ilin mayında Yekaterina Quliyeva qərardan şikayət etsə də, 2025-ci ilin mayında CAS onun apellyasiya müraciətini qəti şəkildə rədd edib.

BOK-un rəsmi açıqlamasına əsasən, Yekaterina Quliyevadan alınan gümüş medal Keniya təmsilçisi Pamela Celimoya təqdim ediləcək. Bürünc medalın sahibi isə ABŞ idmançısı Alisiya Montanyo elan olunub.

Qeyd edək ki, Yekaterina Quliyeva 2019-cu ildə Azərbaycanlı atlet, Türkiyəni təmsil edən Ramil Quliyevlə ailə qurub və onun soyadını götürüb. O, 2021-ci ildən etibarən Türkiyə bayrağı altında yarışmaq hüququ əldə edib. Ramil Quliyev isə "Fənərbağça"da atletika şöbəsinə rəhbərlik edir.

Tarix
2026.06.23 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

Prezidentlərin iştirakı ilə iclas keçirildi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

Prezidentin Çolpon-Atada rəsmi qarşılanma mərasimi...

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla