"Aydındır ki, Sərkisyan yenə
dərsinə yaxşı hazırlaşmayıb. Çünki ermənilərin köçü zamanı
öldürülən erməni kapitanı, necə ola bilər ki, illər sonra ABŞ-da öz
xatirələrini yazıb?"
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin "Star"
qəzetinin yazarı Cəmil Koçak çıxış edib.
Köşə yazarı Sərkisyanın Çanaqqala zəfərinin 100-cü ildönümündə
iştirakdan imtina etməsinin gerçək səbəblərini açıqlayıb:
"Sərkisyan Ərdoğanın dəvətindən imtina etdi, amma bizim mediada
bunun detallarına yer verilmədi. Lakin "The Armenian Weekly" saytı
Sərkisyanın dəvətdən imtina etməsinin əsil səbəbini açıqlayıb.
Saytda yer alan xəbərə görə, Sərkisyan Ərdoğana ünvanladığı cavab
məktubunda məşhur erməni kapitanı Sərkis Torosyandan söz açıb. O
bildirib ki, Torosyan da Çanaqqaladakı şücaətinə görə medal alıb,
lakin digər ermənilər kimi o da öldürülüb. Bəli, səhv oxumadınız,
öldürülüb! Aydındır ki, Sərkisyan yenə dərsinə yaxşı hazırlaşmayıb.
Çünki ermənilərin köçü zamanı öldürülən erməni kapitanı necə ola
bilər ki, illər sonra ABŞ-da öz xatirələrini yazıb?! Belə yazdım,
çünki diplomatik yazışmalarda nəzakətli olmaq lazımdır! Yoxsa
"Sərkisyan Sərkis Torosyanın xatirələrinin saxta olduğunu etiraf
etdi" deyə başlıq qoyardım".
Qeyd edək ki, erməni əsilli Osmanlı kapitanı Sərkis Torosyan
Çanaqqala döyüşündə şücaətinə görə medalla mükafatlandırılıb. Lakin
ailəsi 1915-ci il hadisələri zamanı öldüyü üçün Torosyan mövqeyini
dəyişib və Osmanlıya qarşı mübarizə aparıb. O, ABŞ-a köçüb və orada
ölüb.