Yuxarı

İlham Əliyev müəllimləri təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev müəllimləri təbrik etdi

Azərbaycan prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XIV Qurultayına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı və xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır. dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur.

Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul olunmasından sonra keçirilməsi qurultayınızın Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəlliminin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir.

Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, tale yüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirlməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğumu bildirib hər birinizə uğurlar arzu edirəm.

İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyanda ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəkdir ".

Tarix
2013.12.14 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla