Yuxarı

ABŞ Türkiyədən qisas almaq istədi, amma... - Paşayeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Türkiyədən qisas almaq istədi, amma... - Paşayeva

ABŞ Nümayəndələr Palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnaməni pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq.

Axar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib. O, bu qərarın heç bir hüquqi və tarixi əsası olmadığını bildirib:

“ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib. Xarici İşlər naziri Mövlud Çavuşoğılunun bəyan etdiyi kimi, Türkiyə “Sülh çeşməsi” hərəkatı ilə ABŞ-ın böyük oyununu, bölgədə həyata keçirmək istədiyi layihəni pozdu. Çünki ABŞ-ın bu böyük oyunu Türkiyənin milli maraqlarına, sərhəd təhlükəziliyinə ciddi problemlər yaradır və terror təşkilatları ilə mübarizəsini çətinləşdirirdi”.

Millət vəkilinin sözlərinə görə, ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qərar da daxil olmaqla, verdiyi 2 qərarla Türkiyədən intiqam almaq və ona təzyiqlər edərək qardaş ölkəni cəzalandırmaq, geri çəkilməyə məcbur etmək istəyir:

“Türkiyə dövləti isə artıq rəsmi bəyan edib ki, bu cür qərarlarla Türkiyəni milli maraqlara xidmət edən mövqedən geri çəkilməyə məcbur edə bilməyəcəklər və Türkiyə dövləti və xalqı bu qətnaməni qəbul etmir, heç bir zaman da qəbul etməyəcək. Nümayəndələr Palatası bu qərarı ilə ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi roluna da bir daha ciddi kölgə saldı. Onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Bu qərardan sonra isə insanların inamı tamamilə itdi”.

Q.Paşayeva müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qərarının ikili standartlardan xəbər verdiyini söyləyib:

“Türk millətinin övladları bu ədalətsiz qərarları heç vaxt qəbul etməyəcək. Qardaş Türkiyənin yanındayıq. Gənclərimiz sosial media, şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat aparmalıdırlar. Biz hamımız harada doğulub yaşamağımızdan asılı olmayaraq, türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı, qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi daha da gücləndirməliyik”.

Tarix
2019.10.31 / 00:05
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla