Yuxarı

Səməd Seyidovdan sərt reaksiya: Utanmırlar!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Seyidovdan sərt reaksiya: Utanmırlar!

Sosial şəbəkələrdə Primakovun Bakıdakı sərgisinə qatılmağımla bağlı iddialar məni olduqca qəzəbləndirdi.

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Səməd Seyidov çıxış edib.

"Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim 20 Yanvar şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvi Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər.

Sevinc Fətəliyevaya və həmin vaxt Brüsseldə olan Sahibə Qafarovaya qarşı da eyni böhtanı atan bu şəxslərin məqsədi heç bir əsası olmayan, yalan və böhtan xarakterli iddialar irəli sürərək, Dövlətimizin maraqlarını hər zaman hər şeydən üstün tutan, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən insanların əməklərini heçə sayaraq, çirkin şəkildə ləkələmək, insanlarda onlara qarşı nifrət hissi oyatmaqdır. O dərəcədə çirkindirlər ki, mənim Avropa Şurasında çəkilmiş şəklimi həmin tədbirdəki kimi təqdim etməkdən, xəbərim belə olmadığı bir tədbirdə iştirak etdiyimi iddia etməkdən belə utanmırlar!" - Səməd Seyidov bildirib.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas səbəbkarlarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Səməd Seyidovun da iştirak etdiyi haqda qeyri-səhih məlumat yayılmışdı.

Tarix
2019.11.02 / 13:38
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla