Yuxarı

ABŞ mediası: "Azərbaycan ABŞ üçün niyə vacibdir?"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ mediası: "Azərbaycan ABŞ üçün niyə vacibdir?"

"Vaşinqton Tayms" qəzetində ABŞ Konqresi Nümayəndələr Palatasının sabiq üzvü Dan Burtonun "Azərbaycan ABŞ və azad dünya üçün niyə vacibdir?" sərlövhəli məqaləsi dərc edilib.

AzərTAc xəbər verir ki, keçən il Azərbaycanın müstəqilliyinin bərpasının 23-cü ildönümünün qeyd edildiyini yazan müəllif belə bir sual verir: "Dünyanın həssas bir hissəsində yerləşən bu ölkə ABŞ üçün niyə önəmlidir?"

Məqalədə bildirilir ki, Azərbaycan ABŞ-ın mühüm dostlarından biridir və regionda sabitləşdirici qüvvədir. Azərbaycanla əlaqələrin nə qədər vacib olduğunu göstərmək üçün çoxlu səbəblər sadalamaq olar.

Müəllif vurğulayır ki, əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyi Azərbaycan dini tolerantlığa və qarşılıqlı anlaşmaya sadiq olduğunu nümayiş etdirib. İnkluziv cəmiyyət quruculuğunu daxili siyasətinin prioriteti hesab edən bu ölkənin Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ təsbit olunub. Azərbaycanda siyasi, irqi, dini, etnik, milli və s. ayrı-seçkilik və bu amillərə görə təqib qadağandır. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı demişdi ki, Azərbaycanda mövcud olan tolerantlıq bütün dünyaya nümunədir. Düzdür, Azərbaycanda tolerantlığın tarixi qədimdir, lakin 23 illik müstəqilliyi dövründə ölkədə bununla bağlı mühüm işlər görülüb.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Sovet İttifaqının planlaşdırılmış sosialist iqtisadiyyatından müasir bazar iqtisadiyyatına keçib. Bu ölkənin güclü iqtisadiyyatı vətəndaşların rifahını yaxşılaşdırmağa və gələcək nəsillərin uğurlarına yol açmağa istiqamətlənib.

Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı və hökuməti dini tolerantlıq, azad bazar, ətraf mühitin qorunması, bərabərliyin təmin edilməsi standartlarına sadiqdir. Müəllif gender bərabərliyini buna misal olaraq göstərir və xatırladır ki, Azərbaycan hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl qadınlara seçib-seçilmək hüququ verib.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından bəhs edən Dan Burton ölkəmizin NATO-nun tərəfdaşı, Avropa Şurasının üzvü olduğunu diqqətə çatdırır. Həminin 2011-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu vurğulayır.

Məqalədə qeyd edilir ki, Azərbaycan və Birləşmiş Ştatlar ümumi dəyərlərə əsaslanan güclü tərəfdaşlıq münasibətləri qurublar. Rəsmi Vaşinqton Azərbaycanın tərəfdaşlığını və Cənubi Qafqaz regionunda liderliyini qiymətləndirməlidir.

Müəllifin fikrincə, ümumi dəyərlərə və məqsədlərə çağırışların davam etdiyi bir vaxtda ABŞ rəsmiləri Azərbaycan xalqını, rəhbərliyini dini tolerantlığa, azadlığa və demokratiyaya sadiqliyə görə təbrik etməlidir. ABŞ və dünyanın başqa ölkələrinin Azərbaycan kimi dostlara ehtiyacı var.

Tarix
2015.01.29 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla