Yuxarı

İran nefti “başqa üsullarla” necə satır? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox güman ki, İran neftini başqa metodlarla satdığını deyəndə İraq ərazisindən istifadəni nəzərdə tutur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İranın vitse-prezidenti İshaq Cahangirinin “nefti başqa metodlarla satmaları” ilə bağlı açıqlamasını şərh edərkən deyib. O, İranın İraq, Çin və Rusiya vasitəsilə vəziyyətdən çıxmağa çalışdığını söyləyib:

“İraq ərazisinin böyük bir qismində, əsasən də şiələr yaşayan bölgələrdə İranın ciddi nüfuzu var. Bundan əlavə, İranla Çin arasında müəyyən razılaşmalar mövcuddur. Çin İran neftini alarkən əvəzində bəzən pul şəklində ödənişlər etmir, mal verir. İran Çinə satdığı neftin böyük bir hissəsini bu ölkədən alınacaq malların qarşılıqlı hesablaşmasına sərf edir. Çinlə ABŞ arasındakı gərginliyin səbəblərindən biri də budur. Bu iki ölkə arasında əsas danışıq predmetlərindən biri məhz Çinin İran neftindən tamamilə imtina etməsidir.

Digər tərəfdən Rusiya da Xəzər dənizi vasitəsilə İran neftinin Rusiyaya daşınması və ordan Novorosisk limanına qədər borulara yüklənməsini təklif edib. İndi bununla bağlı işlər gedir”.

Ekspert mütəxəssislərin ABŞ sanksiyalarının yararsız olacağı barədə proqnozlarının həqiqəti əks etdirmədiyini bildirib:

“Bütün cəhdlərə baxmayaraq, İran tərəfi xeyli itkilərə məruz qalıb. İranın bu gün maksimum neft satışının həcmi 600 min barreli keçmir. Halbuki İranın potensialı təqribən 2.5-3 milyon barrelə qədərdir. Yəni ABŞ sanksiyaları İrana çox ciddi zərbə vurub. Amma hələ ki, müəyyən yollar qalıb.

Əslində, İranda həm ictimai, həm iqtisadi vəziyyət, eləcə də cəmiyyətdaxili böhran səviyyəsi yüksəkdir. İnflyasiya çox sürətlə gedir, qiymətlər bahalaşır, İran realı kəskin dəyərdən düşür. Ölkədə ciddi dollar qıtlığı var. İran əhalisi bir müddət daha yüksək həyat səviyyəsinə öyrəşsə də, indi bu sahədə kəskin geriləmə var. Ona görə də əhalinin, əsasən də gənc kəsimin arasında kəskin narazılıq mövcuddur”.

Qeyd edək ki, İranın vitse-prezidenti İshaq Cahangiri açıqlamasında ABŞ-ın bütün sanksiya tədbirlərinin uğursuzluğa düçar olduğunu, nefti başqa metodlarla satdıqlarını söyləmişdi.

Tarix
2019.12.04 / 08:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla