Yuxarı

“Avropa Moskvadan imtina edərək Bakını seçibsə...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avropa Moskvadan imtina edərək Bakını seçibsə...”

"ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üzrə birgə görüş təşkil etməsi əslində bir ismarıcdır".

Bu sözləri Axar.az–a açıqlamasında politoloq Fikrət Sadıqov ATƏT həmsədrinin azərbaycanlı deputatlarla görüşünə münasibət bildirərkən deyib.

Politoloq bu görüşün Azərbaycan üçün yeni bir meydança rolunu oynadığını vurğulayıb:

"Bu görüşün həlledici nəticələrinin olacağına inanmaq hər nə qədər çətin olsa da, əhəmiyyətindən danışmağa dəyər. Bu görüş Azərbaycanın maraqlarının müdafiəsi üçün yeni bir meydançadır. Burada xüsusilə də Dağlıq Qarabağ məsələsinin qabardılması diqqəti cəlb etməyə bilməz. Düşünürəm ki, bəzi məqamlara aydınlıq gətirməyin vaxtı çatıb. Konfransda deputatımız tərəfindən "Cənub qaz dəhlizi"nin təkcə neft kəməri deyil, eyni zamanda bunun bir azadlıq dəhlizi olmasının diqqətə çatdırılması Azərbaycan üçün çox önəmli idi. Çünki sözün əsil mənasında bu fikrin altında çox müsbət məqamlar dayanır. Fikir verin, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edirsə, demək, sözügedən layihə həqiqətən də bir azadlıq nümunəsidir. Bu gün Avropa qazı ona yad ölkələrdən deyil, diversifikasiya prinsipləri əsasında başqa mənbələrdən götürür. Gərginləşən münasibətlərdən dolayı Avropa Rusiya qazından imtina edərək Azərbaycanı seçibsə, bilirsizmi bu, nə deməkdir?"

Politoloq bildirib ki, qaz koridorlarının Avropaya açıq olması və onların təhlükəsizliyinin təmin edilməsində rolumuzun artması Azərbaycana müsbət dividentlər qazandıracaq:

"Qərb çox gözəl bilir ki, bir çox enerji layihələri ilə Azərbaycana yaxından bağlıdır. Buna görə də bu gün Avropa TAP, TANAP kimi enerji layihələrinin əslində necə böyük bir sərvət olduğunun fəqrindədir və maraqları da məhz bu üzdəndir. Cənubi Qafqazda Azərbaycanın rolunun getdikcə artması avropalıları dərindən düşündürməyə bilməz. Buna görə də indi atılan bu adım əslində bizə nəinki bir mesaj, Azərbaycana olan marağın daha bir əyani sübutudur".

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Tarix
2015.02.05 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla