Yuxarı

Onun yanındakı insanlar hər dəfə məyus olmaq istəmirsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onun yanındakı insanlar hər dəfə məyus olmaq istəmirsə...

Artıq əminliklə demək olar ki, ətrafı bilməsə də, Əli Kərimli 19 oktyabra icazəsiz aksiya təyin edəndə çox şeydən məlumatlıymış.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyib.

Q.Həsənquliyev bildirib ki, 2003-cü il prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməyi tapşırmış qüvvələr bu göstərişi ona veriblər:

“O zaman tərəfdarları niyə ondan soruşmadı ki, əgər sən hakimiyyətin dəyişməsini istəyirdinsə, niyə seçkidən sonra “qələbə” münasibətilə təbrik etdiyin İsa Qəmbəri yox, Etibar Məmmədovu müdafiə etdin? Deməli, ya sən heç nəyi görməyən və buna görə də siyasətdən getməli olan diletantsan, ya da şəxsi marağını hər şeydən üstün tutan və buna görə həmişə uduzan, psixoloji problemli, hətta pul müqabilində döyülməyə hazır olan birisən.

Mən növbəti dəfə ona inanan insanlara üzümü tutub deyirəm ki, bu adam ola bilsin ki, həm də seçkilərin boykot olunmasına dair öhdəlik götürüb. Elementar düşüncəsi olan siyasətçi növbəti seçkilərin elan olunmasına 9 ay qalmış heç vaxt tərəfdarlarını hökumətlə qeyri-bərabər qarşıdurmaya aparıb, əzdirib, onlar arasında ruh düşkünlüyü yaratmaz. Çalışar ki, belə toqquşmalardan yayınsın və narazılığın pik nöqtəsi seçki dövrünə düşsün. Ona görə onun ətrafındakı insanlar hər dəfə məyus olmaq, xarici ermənipərəst və daxili mafioz qüvvələrin əlində alətə çevrilmək istəmirlərsə, ya Əli Kərimlini oradan uzaqlaşdırmalı, ya da özləri aralanmalıdırlar”.

Tarix
2019.12.07 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili

Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok

Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto

İlham Əliyev BƏƏ prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla