Yuxarı

Azay Quliyev İsveç rəsmiləri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev İsveç rəsmiləri ilə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında İsveçin XİN-nin Şərqi Avropa və Orta Asiya üzrə departamentin direktor müavini Terese Hyden, İsveç Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Latın Amerikası üzrə bölməsinin rəhbəri Mirja Peterson və İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Tomas Danestad ilə görüş keçirilib.

Qurumdan Axar.az-a verilən məlumatda bildirilir ki, Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara geniş məlumat verib. Deyib ki, Şura QHT-lərlə dövlət arasında körpü rolunu oynamaqla yanaşı onlara konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir.

Qonaqlar QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklərin mahiyyəti, onların xarici donorlar qarşısında qoyduğu tələblər və İsveç ilə Şura arasında əməkdaşlıq imkanları haqqında maraqlandıqlarını bildiriblər.

Görüşdə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Avropa Birliyi münasibətləri, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xanım Terese Hyden bildirib ki, İsveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında lazımi dəstəyi verməyə hazırdır.

Sonda Şura ilə İsveç XİN arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin davam etdirilməsi haqqında razılığa gəlinib.

Tarix
2015.02.06 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz sabah Azərbaycana gəlir

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla