Yuxarı

Bülbüloğluna görə Abbasova ağır sözlər – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğluna görə Abbasova ağır sözlər – Bəyanat

"Biz Şimali Osetiyada - Alaniyada yaşayan azərbaycanlılar "Azərros" ətrafında son zamanlar yaşananları çox böyük təəssüf və narahatlıqla qarşılayırıq. Xüsusilə də "Azərros"un rəsmi saytında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqqında yazılanları qətiyyətlə pisləyirik. Heç kimə sirr deyil ki, bütün bunların arxasında Azərbaycanın baş nazirinin keçmiş müavini Abbas Abbasov dayanır".

Axar.az xəbər verir ki, bu bəyanatla Ümumrusiya Azərbaycanılar; Konqresinin Şimali Osetiya - Alaniya Regional Mərkəzi Abbas Abbasova qarşı çıxış edib. "Azərros"da gərginlik yaradan baş nazirin sabiq müavini ilə bağlı mərkəzdən "Moderator.az"a göndərilən bəyanatda deyilir ki, onun son 3 ildəki fəaliyyəti Rusiya azərbaycanlıları arasında nifaq salmağa, parçalamağa və onları bir-birinə qarşı qoymağa hesablanıb:

"Bu addım bizim tərəfimizdən Rusiyada yaşayan azərbaycanlıların imicinə zərbə vurmaq və Rusiya-Azərbaycan münasibətlərini soyutmağa hesablanmış bir bədniyyət cəhd kimi qiymətləndirilir.
Rusiyadakı azərbaycanlılar həmişə Prezident Putinin seçiciləri olublar və hər zaman onun yanında olublar və bundan sonra da olacaqlar. Biz eyni zamanda tarixi vətənimiz olan Azərbaycanın Prezidenti İlham Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına söykənən siyasətini dəstəkləyir və alqışlayırıq".

Bəyanatda A.Abbasova mesaj ünvanlanır: "Azərbaycan vətəndaşı olan Abbas Abbasov anlamalıdır ki, zəbt etdiyi təşkilat onun əlində bizə - Rusiya azərbaycanlılarına qarşı istifadə ediləcək alət ola bilməz.

Bu təşkilat bizə - Rusiya azərbaycanlılarına məxsusdur və ilk növbədə iki xalqın dostluğuna xidmət etməlidir. Abbas Abbasov və onun ətrafı isə Rusiya azərbaycanlıları arasında dağıdıcılıq və birliyin pozulması siyasətini aparır.

Ona görə də bizim sualımız yaranır ki, Abbas Abbasov kimin maraqlarına xidmət edir? Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun timsalında səfirliyimiz hər zaman Rusiyada yaşayan azərbaycanlıları təxribatlara uymamağa və bütün diaspor nümayəndələrini dialoqa çağırıb".

Tarix
2015.02.08 / 00:28
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla