Yuxarı

“İran bu yolla Avropa bazarına çıxmaq istəyir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İran bu yolla Avropa bazarına çıxmaq istəyir”

"Azərbaycan birmənalı şəkildə "Cənub qaz dəhlizi" layihəsini təsdiq etməklə, öz qazını Avropa bazarına çıxarmaqda israrlı olduğunu göstərdi".

Bu sözləri Axar.az-a açıqlamasında Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov deyib. O, açıqlamasında "Cənub qaz dəhlizi" layihəsinin əhəmiyyətindən danışıb:

"Azərbaycan praktik olaraq regionda mövcud enerji layihələrini diktə edən ölkədir. Azərbaycanın öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarması birinci mərhələdə Türkiyə bazarına 6.6 milyard kubmetr, Avropa bazarına isə 10 milyard kubmetr əlavə qaz daxil olmasına imkan verəcək. Növbəti mərhələdə isə bütövlükdə həcm 20 milyard kubmetrə qədər qalxacaq.

Bu baxımdan Azərbaycan birmənalı şəkildə "Cənub qaz dəhlizi" layihəsini təsdiq etməklə öz qazını Avropa bazarına çıxarmaqda israrlıdır və bunun üçün ciddi siyasi iradəyə malikdir".

O, İranın "Cənub qaz dəhlizi" layihəsini həyata keçirməkdə güddüyü əsas siyasi məqsədə də toxunub:

"İranın bu təklifi özü üçün yerli bazarın təşkil olunmasına xidmət edir. Həm də İran bu yolla Avropa bazarına çıxmaq istəyir. Digər tərəfdən o bu addımı atmaqla Avropa ilə münasibətlərini tənzimlənməyə çalışır. Bu yalnız Azərbaycan və Türkiyənin nəzərdə tutulduğu əməkdaşlıq deyil, eyni zamanda İranla Qərb arasındakı buzların əriməsinə xidmət edən layihədir".

Qeyd edək ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də bu məsələyə toxunub:

"Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. İndi "Cənub qaz dəhlizi" ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq".

Tarix
2015.02.09 / 09:30
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla