Yuxarı

Züqanov: “Rusiyasız Qafqazda sülhə nail olmaq çətindir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Züqanov: “Rusiyasız Qafqazda sülhə nail olmaq çətindir”

"Azərbaycanda rus dilinə, rus icmasına göstərilən diqqət və qayğı məni heyrətləndirib. Bəzi postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə, rus icmasına hörmətlə yanaşılır. Burada orta məktəbdə azyaşlı uşaqların rus dilində necə səlis danışdığını gördüm. Sizin bütün təkliflərinizi və problemlərinizi dinləməyə hazıram, müraciətinizi nəzərə alıram".

APA-nın məlumatına görə, bu sözləri Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasının üzvü Gennadi Züqanov Bakıda rus icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Bölgədə gedən proseslərə toxunan G. Züqanov qeyd edib ki, Rusiyasız Qafqazda sülh və sabitliyə nail olmaq çətindir: "Mən də düşünürəm ki, bölgədəki problemlərin həllində Rusiyanın rolu daha da artırılmalıdır".

Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin isə bildirib ki, Azərbaycanda ali məktəblərin rus bölmələrində 18 mindən çox tələbə təhsil alır: "Rus bölmələrində təhsil alanların çoxu azərbaycanlılardır. Burada rus dilinə, Rusiyaya maraq tarixi keçmişə dayanır. Azərbaycanda yaşayan ruslar da bu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər. Biz Azərbaycandakı rusların həyatından bəhs edən film hazırlamışıq. Həmin sənədli filmdə Qarabağ müharibəsində həlak olan rusmənşəli Azərbaycan vətəndaşlarından danışılır. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb şəhid olublar. Biz istərdik ki, Rusiya bu münaqişənin nizamlanmasında, işğal olunmuş torpaqların geri qaytarılmasında öz mövqeyini daha konkret nümayiş etdirsin. Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşsa, öz qəti sözünü desə, əminik ki, qısa müddət ərzində müharibə riski də aradan qalxar, bölgədə sülh bərqərar olar".

Görüşdə Azərbaycanda ruslara və digər xalqların nümayəndələrinə göstərilən dövlət qayğısından, rusdilli vətəndaşların Azərbaycanın ictimai-siyasi həyatında iştirakından və Dağlıq Qarabağ münaqişəsindən söz açılıb.

Tarix
2015.02.10 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla