Yuxarı

Diversiya qrupu məhv edildi: İrəvan öz zabitini həbs etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diversiya qrupu məhv edildi: İrəvan öz zabitini həbs etdi

Fevralın 10-da Ermənistanın iki diversiya-kəşfiyyat qrupunun Azərbaycan Ordusu tərəfindən məhv edilməsi faktını gizlətmək üçün İrəvan öz zabitini həbs edib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, baş leytenant Tiqran Simonyanın öldürülməsi faktı üzrə aparılan istintaq araşdırmaları çərçivəsində baş leytenant Taron Qedeonyan məsuliyyətə cəlb olunub. O, hərbi növbətçilik qaydasını pozmaqda və nəticədə Simonyanın ölümünə şərait yaratmaqda günahlandırılır.

Xatırladaq ki, fevralın 10-da Ermənistan ordusunun təşkil etdiyi 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. Azərbaycan Ordusunun heç bir itki vermədən düşmənin iki diversiya qrupunu məhv etməsi Ermənistan ictimaiyyətində təlaş yaradıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi T.Simonyanın ölümü ilə bağlı ailəsinə heç bir məlumat verilmədiyini bildirib, ölən hərbçilər barədə xəbərin və onların meyitlərinin ictimaiyyətdən gizlədilməsindən narahatlıq ifadə edən bəyanat yayıb.

Tarix
2015.02.13 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla