Yuxarı

Nazir dünya bankının nümayəndələri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir dünya bankının nümayəndələri ilə görüşdü - Foto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirilib.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə son illərdə respublikanın telekommunikasiya sektorunda görülən işlər, əldə olunan nailiyyətlərdən söz açılıb, həyata keçirilən əhəmiyyətli layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

Ölkəmizlə tərəfdaşlıqda həyata keçirilən layihələrdən danışan AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn Azərbaycanın telekommunikasiya sektorundakı inkişafı xüsusi vurğulayaraq, bu sahədə RYTN və aidiyyəti müəssisələrlə əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib.

Ölkənin telekommunikasiya sektoruna gələcək investisiya imkanlarından da söz açan N.Makkeyn hazırda AYİB tərəfindən üç istiqamətdə, o cümlədən dövlət mülkiyyətində olan telekommunikasiya operatorlarının özəlləşdirmə prosesində texniki hazırlığının artırılması, sahə üzrə normativ hüquqi bazanın və tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədilə məsləhət xidmətlərinin təklif edildiyini nəzərə çatdırıb.

Qeyd olunanlarla bağlı son illərdə respublikamızda aparılan işlərdən söz açan nazir Əli Abbasov AYİB tərəfindən irəli sürülən təklifi yüksək qiymətləndirib və daha sonra bu istiqamətdə əməkdaşlığın qurulması yolları müzakirə olunub.

Tarix
2015.02.13 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla