Yuxarı

Putin Medvedyevi niyə istefaya göndərdi? – Mühüm səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Medvedyevi niyə istefaya göndərdi? – Mühüm səbəb

Rusiya Prezidenti Vladimir Putinin daha çevik baş nazirə ehtiyacı var.

Axar.az xəbər verir ki, bunu analitik Elxan Şahin oğlu qeyd edib. O, Rusiya hökumətinin tam tərkibdə istefaya getməsinin Rusiyanın Baş naziri Dimitri Medvedyevin fəaliyyəti ilə bağlı olduğunu bildirib:

“Medvedyev Putinin gənclik dostudur. Ancaq rusların məşhur atalar sözlərində deyildiyi kimi, dostluq ayrı, iş ayrı. Putinin prezidentlik müddətinin bitməsinə 4 il qalıb. Putin hakimiyyətdə olduğu illərdə Rusiyanın dağılmasının qarşısını aldı, Çeçenistanı ram etdi, ölkədə siyasi sabitlik yaratdı, üstəgəl bölgədə fəallığını artırdı. Ancaq nə etdisə, Rusiyada iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə nail ola bilmədi. Medvedyev baş nazir kimi zəif fiqur idi. Ona görə də Putin Dmitri Medvedyev başda olmaqla hökuməti istefaya göndərdi. Putinin daha çevik baş nazirə ehtiyacı var”.

Qeyd edək ki, D.Medvedyev Rusiya hökumətinin tam tərkibdə istefaya gedəcəyimi açıqlayıb. Rusiya Prezidenti Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə Baş nazir vəzifəsini təklif edib.

Tarix
2020.01.15 / 22:51
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla