Yuxarı

Lamiyənin bəkarətini pozan qohumu danışdı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyənin bəkarətini pozan qohumu danışdı - Açıqlama

Məhkum Lamiyə Quliyevanın bəkarətini pozmaqda ittiham edilərək həbs olunan qohumu danışıb.

Lamiyənin xalası oğlu Fariz Yusibov Axar.az-a deyib ki, ona qarşı yalan və əsassız ittiham irəli sürülüb. F.Yusibovun sözlərinə görə, Lamiyə məhkəmədəki çıxışında da xalası oğlu ilə bacı-qardaş münasibəti olduğunu qeyd edib.

1974-cü ildə Şəmkirdə anadan olmuş Yusibov Fariz Telman oğlunun Azərbaycan Respublikası CM-nin 152, 221.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxılıb.

Təqsirləndirilən şəxs 2001-ci ilin iyun ayının əvvəllərində qohumu, 1987-ci ildə anadan olmuş Quliyeva Lamiyə Sahib qızının 16 yaşına çatmadığını aşkar surətdə bildiyi halda onunla zor tətbiq etmədən sonuncunun razılığı olmadan əlaqədə olmaqda ittiham edilib.

Şahid Tahirova Nailə Comərd qızı elan olunmuş ifadəsində göstərib ki, Lamiyə xalası oğlu Yusibov Fariz tərəfindən sevildiyini, ona ərə gedəcəyini və Fariz tərəfindən bakirəliyinin pozulduğunu bir rəfiqə kimi ona danışıb.

Qeyd edək ki, L.Quliyeva Şəmkirin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslanı onun namusuna toxunduğu üçün öldürdüyünü deyib.

Tarix
2015.02.17 / 23:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla