Yuxarı

Nullandın Qafqaz səfəri: yeni Qarabağ oyunu başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nullandın Qafqaz səfəri: yeni Qarabağ oyunu başlayır

"ABŞ hazırda Azərbaycana enerji bazarında Rusiyanın potensial rəqibi kimi baxır".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib.

O, Rusiyanın Azərbaycanla heç vaxt müttəfiq ola bilməyəcəyini söyləyib:

"ABŞ-ı üç məsələ narahat edir. Bunlar İŞİD, Ukraynadakı böhran və Rusiyadır. Moskvanın Ermənistan və Azərbaycana lazımi səviyyədə təsir imkanlarının olması Rusiyanın Qarabağ problemində iştirakını təmin edib. Rusiyanın Avropaya təsiri enerji daşınmasının həyata keçirilməsindən asılıdır. Aydındır ki, Nulland Bakıda Dağlıq Qarabağ konflikti istiqamətində ədalətli və daimi həll variantlarını müzakirə edəcək. Qafqaz səfəri zamanı Nulland Ermənistana da yollanacaq. O, burada Ermənistanla siyasi, iqtisadi əlaqələrin inkişafı, eləcə də Dağlıq Qarabağ konfliktini müzakirə edəcək. Yəqin ki, burada məsələ əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan rayonlarla bağlı söhbət olacaq. Ümumiyyətlə, bu ərazilərin işğal olunması ilə bağlı heç bir şübhə yoxdur. ABŞ hazırda Azərbaycana enerji bazarında Rusiyanın potensial rəqibi kimi baxır. Ona görə ki, ABŞ ilk növbədə "Cənub Qaz Dəhlizi"ni dəstəkləyir. Bu isə Avropa Birliyi üçün prioritet enerji proyekti hesab olunur. Həmin layihə Avropa Birliyinin enerji təhlükəsizliyini təmin etməlidir. ABŞ-ı Bakı ilə Moskvanın yaxınlaşması narahat edir. Amma bilinən tək bir şey var - o da ki, Bakının heç vaxt Rusiyanın müttəfiqi olmayacağıdır. Böhran vədəsində isə Moskva yalnız Ermənistanı seçəcək. ABŞ da oyunu məhz bunun üzərində qurmağa çalışır. Rusiya Azərbaycanın Avropa Şurasındakı səsvermə zamanı ortaya qoyduğu mövqeni müsbət qəbul edib. Kreml hörmət əlaməti olaraq Bakıya bunun qarşılığını istənilən formada verə bilər. Bunların içərisində yalnız bir məqam istisnadır. O da Moskvanın İrəvanla ittifaqdan imtina etməsi məsələsidir".

Tarix
2015.02.18 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla