Yuxarı

Paşayeva Hunanlarda sakinlərlə belə görüşdü – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuzun qədim kəndlərindən olan Hunanlarda seçicilərlə görüşüb.

Axar.az xəbər verir ki, Q.Paşayeva kəndi məhəllə-məhəllə gəzərək, sakinlərin qayğıları, problemləri ilə maraqlanıb.

Q.Paşayeva ötən 14 illik deputat fəaliyyəti və Azərbaycanın bölgədə, dünyada artan nüfuzu, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə məlumat verib.

“Bu 14 ildə sizə vicdanla, məsuliyyətlə, ləyaqətlə, sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım. Beynəlxalq təşkilatlarda fəaliyyətim zamanı da seçicilərimi və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücümü sərf etdim. Etimad göstərərsinizsə, sizi ləyaqətlə təmsil etməyə bundan sonra da eyni güc və enerji ilə davam edəcəyəm”, - Paşayeva bildirib.

Q.Paşayeva qeyd edib ki, bütün fəaliyyəti boyu özündən əvvəl seçicini düşünüb və onların etimadını itirməmək üçün çalışıb.

Q.Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında vaxtaşırı hesabat verdiyini də deyib.

Seçki platforması barədə də ətraflı məlumat danışan və hər bir seçicinin 9 fevral parlament seçkilərində iştirakının, fəal olmasının vacibliyini vurğulayan Q.Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.

Görüşdə iştirak edən seçicilər Q.Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun 14 illik millət vəkili fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını bildiriblər, ona səs verəcəklərini xüsusi qeyd ediblər.

Q.Paşayeva seçicilərə dərin təşəkkürünü bildirib:

“Bu etimadınızı doğrultmaq üçün bundan sonra da yorulmadan çalışacam".

Seçicilər görüş zamanı müəyyən məsələlərin, problemin həlli ilə bağlı fikir və təkliflərini də Q.Paşayeva çatdırıblar və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər.

Millət vəkili Hunanlar kənd sakinləri ilə görüş zamanı ona müraciət edən sakinlərin məsələlərini müvafiq qurumlar qarşısında qaldıracağını bildirib.

Tarix
2020.02.02 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

Sonsuz qardaşlıq - IV təlimindən yeni görüntülər - Video

Nuri Paşanı yad edirəm, Azərbaycana salamlar... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla