Yuxarı

“Ermənistanda qan töküləcək - Rusiyanın əli ilə”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistanda qan töküləcək - Rusiyanın əli ilə”

"Ermənistanda bu vəziyyətin yaranacağını öncədən proqnozlaşdırmışdıq. Hər halda bu, artıq baş verib".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu son günlər İrəvanda müxalifət-iqtidar qarşıdurmasının kəskin hal almasını şərh edərkən deyib.

Vəziyyəti şərh edən politoloq Ermənistanda dəyişiklik olacağının gözlə görünən bir proses olduğunu bildirib:

"Bunun arxasında çox ciddi səbəblər dayanır. Bütövlükdə prosesin arxasında duran Rusiyadır. Bu birmənalıdır. Çünki Çarukyan başda olmaqla bugünkü birləşmiş erməni müxalifəti birbaşa Kremlə bağlıdır və oradan idarə olunur. İndiyə qədər müəyyən mənada bir kompromis mövqe tutub dururdular. Hakimiyyətin müxalifətə qarşı atdığı addımlar göstərdi ki, artıq atəşkəs dövrü başa çatıb və Ermənistan müxalifəti birbaşa hakimiyyət uğrunda mübarizə mərhələsinə keçməklə bağlı komanda alıb. Təbii ki, hakimiyyət də bunun qarşısını almaq üçün müvafiq addımlar atdı və atmaqda da davam edir. Hesab edirəm ki, proses böyük ehtimalla Sərkisyanın ziyanına bitəcək və o, hakimiyyətdən getməli olacaq. Burada da hər şey ilk növbədə Moskvanın tutacağı mövqedən asılıdır. Əgər Kreml prosesə açıq müdaxilə edərək erməni müxalifətini dəstəkləyərsə, bu, Sərkisyanın hakimiyyətdən daha tez getməsinə şərait yaradacaq".

Politoloqun sözlərinə görə, Moskvanın prosesə açıq şəkildə müdaxilə etməyəcəyi ehtimalı daha yüksəkdir:

"Ona görə ki, bütün avtoritar dövlətlərdə inqilab və zorakılıq yolu ilə dəyişiklik müəyyən qarşıdurmalara və ölümlərə gətirib çıxarır. Moskva Ermənistanda qan tökülməsinin səbəbkarı olmaq istəmir. Çünki onsuz da Ermənistanda nüfuzdan düşüb. Bundan sonra da qan tökülməsinin arxasında açıq şəkildə görünərsə, təbii ki, bu, erməni cəmiyyətində Rusiyaya qarşı düşmənçiliyi artıracaq. Buna görə də Kreml ən azı üzdə bu prosesdən məsafələşməyə və marağını göstərməməyə çalışacaq. Ancaq yenə də hər iki halda qan töküləcəyini istisna etmirəm. Nəticədə yüksək ehtimalla Sərkisyan hakimiyyətdən gedəcək. Çünki artıq faktiki olaraq onun fitvası verilib".

Tarix
2015.02.19 / 14:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla