Yuxarı

Əgər rəsmi İrəvan xalqını sevmiş olsaydı... - Ayrım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər rəsmi İrəvan xalqını sevmiş olsaydı... - Ayrım

Azərbaycan və Türkiyə istəyir ki, Dağlıq Qarabağ münaqişəsi müharibə ilə deyil, sülh yolu ilə həll edilsin.

Axar.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin məqsədi yalnız Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini reallaşdırmaqdır:

“Biz bunu gerçəkləşdirmək istəyirik. Azərbaycan Ordusu 24 saat ərzində öz torpaqlarını geri ala bilər. Bu, bir həqiqətdir, amma balanslaşdırılmış siyasət buna imkan vermir. İnanıram ki, bu işin sonu yaxşı olacaq”.

Ş.Ayrım qeyd edib ki, ermənilər Qarabağ torpaqlarını işğal ediblər və bütün beynəlxalq ictimaiyyətin əleyhinə gedərək həmin əraziləri işğaldan azad etmək istəmirlər: “Ermənilər Fransa, Amerika, Rusiyanın bəzi bölgələrindən Ermənistana göndərilən maddi dəstəklə özlərini ayaq üstə saxlayırlar. Əgər Ermənistan hakimiyyəti öz xalqını sevmiş olsaydı, işğaldan əl çəkərək Azərbaycan-Türkiyə arasındakı böyük layihələrin hamısında iştirak edərdi”.

Tarix
2020.02.19 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla