Yuxarı

ABŞ ştatı Xocalı ilə bağlı qətnamə qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ştatı Xocalı ilə bağlı qətnamə qəbul etdi

Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub.

AzərTAc xəbər verir ki, görüş zamanı təmsilçilər palatasının spikeri Mayk Turzay qətnamənin Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda qəbul edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Daha sonra parlament binasında "Xocalı faciəsini xatırlayırıq" adlı tədbir keçirilib. İştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə belə bir qətnamə qəbul etdiklərinə görə Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkürünü bildirib.

Qətnamənin təşəbbüskarlarından olan Harri Ridşou çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı böyük cinayət olduğunu deyib. O bildirib ki, Xocalı qurbanlarının xatirəsi sağlam düşüncəli insanlar tərəfindən hər zaman anılacaq.

Palatanın digər üzvləri çıxış edərək insanlıq əleyhinə yönəlmiş bu cür cinayətlərin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacib olduğunu vurğulayıblar.

Tarix
2015.02.26 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla