Yuxarı

Baş prokurorluqdan şok əməliyyatla bağlı ilk açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə bağlı həyata keçirilən istintaq daxilində İstanbul Baş prokurorluğundan ilk yazılı açıqlama gəlib.

Açıqlamada deyilir:

"Bəzi mövqelərdən gələn məlumatlar çərçivəsində 2012-ci il 13 sentyabr, 2012-ci il 21 sentyabr və 2013-cü il 14 fevral tarixlərində 3 ayrı istintaq başladılıb, bu istintaqlarda adi vətəndaşlarla bərabər bir neçə dövlət işçiləri də şübhəli hesab olunur. İstintaqlardan ikisində, ümumiyyətlə bəzi hökumət qanunlarına müxalif çıxmaq, dövlət işçilərinin rüşvət aldığı və vəzifəsindən sui-istifadə etdiyi iddiaları da var".

3 ayrı istintaq

"Bu istintaqlardan biri "Məmur Cinayətləri İstintaq Bürosunda" işləyən Respublika prokuroru tərəfindən, digər ikisi "Qaçaqmalçılıq Narkotik Bürosu"nda işləyən başqa bir prokuror tərəfindən həyata keçirilməkdə olub, bu prokurorlardan əvvəl başqa Respublika prokurorları da eyni istintaqları icra etmiş, büro dəyişikliyi və oxşar səbəblərlə prokuror dəyişikliyi olub. İstintaq materiallarından biri 2013-ci il 12 iyul tarixində, digəri 2013-cü il 22 iyul tarixində hal-hazırda cinayət işinin istintaqını aparan Respublika prokuroruna təhvil verilib. Üçüncü istintaq materialı isə 2013-cü il 2 dekabr tarixində hal-hazırda istintaqı aparan Respublika prokuroruna verilib".

İki prokuror da əlavə olundu

"İstintaqın əhatə dairəsi, şübhəli sayının çoxluğu nəzarətdəki şübhəlilərin əməliyyatlarının qanuni nəzarət müddətində bitirilməsinin lazım olduğu nəzərə alınaraq və dəlillərin tam olaraq toplanıb, qısa müddətdə təhvil verilməsi üçün əvvəllər olduğu kimi əhatəli istintaqlarda tətbiq olunduğu kimi, bu istintaq işlərinə kömək etmək üçün iki Respublika prokuroru da əlavə olunub. Yeni Respublika prokurorları məmurlar və dövlət işçiləri cinayətləri araşdırmaq üçün qurulmuş Məmur Cinayətləri İstintaq Bürosu və Xüsusi İstintaq Bürosunda işləyən əvvəldən bəri Məmur və Dövlət işçilərinin istintaqlarını icra etməkdədir".

Həqiqətlərin ortaya çıxardılması

"Baş prokurorluq həqiqətin ortaya çıxarılması və qanuni işlərin yerinə yetirilməsi üçün çalışmaqda olub, səhv məlumatların yayılmaması və ictimaiyyəti məlumatlandırmaq üçün bu qısa açıqlamanı verib".

Tarix
2013.12.18 / 18:19
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Ankara İrəvana “nəfəslik” açdı – Qardaş ölkədə nə baş verir?

Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Si Szinpin İlham Əliyevi təbrik etdi

Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Ərdoğan açıqladı: Qarabağın azad edilməsindən sonra...

Türkiyədən Azərbaycanı məyus edən addımlar...

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Bu Novruz hamıya sülh gətirsin - Quterreş

AB rəsmisi Praqada Bakı və İrəvan arasında sülhdən danışdı

Putin Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla