Yuxarı

ABŞ-la İran arasında atəşkəsin uzadılması... - Bəqai

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-la İran arasında atəşkəsin uzadılması... - Bəqai

ABŞ-ın İranı təcrid etmək cəhdləri atəşkəsin pozulmasına gətirib çıxara bilər.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

"İran təcrid olunacaq ölkə deyil. ABŞ diplomatik müstəvidə uğur qazana bilmirsə, başqa vasitələrlə də qazana bilməyəcək", - Bəqayi vurğulayıb.

O, atəşkəsin uzadılması ilə bağlı şayiələri rədd edib. XİN rəsmisi vurğulayıb ki, danışıqlar Pakistan vasitəçiliyi ilə davam edir və atəşkəsin uzadılması ilə bağlı iddialar təsdiq olunmur:

“Qarşı tərəfin nə dərəcədə ciddi olduğunu görməliyik. Məhz ABŞ öz ciddiliyini sübut etməlidir, çünki o, təkcə öhdəliklərinə sadiq qalmamaqla kifayətlənməyib, həm də bir neçə dəfə danışıqlar masasını dağıdıb”.

Bəqai ABŞ-ın İranı təcrid etmək cəhdlərinə barədə danışarkən qeyd edib ki, bu cür addımların heç bir hüquqi əsası yoxdur:

“Üstəlik, bu, atəşkəsin pozulmasına zəmin yarada bilər. Silahlı Qüvvələrimiz lazım gələrsə, mütləq adekvat reaksiya göstərəcək”.

Tarix
2026.04.15 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla