Yuxarı

Ermənistan bu tarixlərdə hava məkanını bağlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bu tarixlərdə hava məkanını bağlayır

Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultrayüngül tipli hava gəmiləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) üçün bağlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin bəyanatında bildirilib.

Komitədən vurğulanıb ki, bu tədbir ölkədə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədardır:

"2026-cı il mayın 3-dən 5-dək Ermənistan Respublikasında irimiqyaslı tədbirlərin (Avropa Şurasının VIII sammiti, Ermənistan-AB sammiti, İrəvan dialoqu) keçirilməsini və qeyd olunan tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq bildiririk ki, bu müddət ərzində təhlükəsizliyə görə Ermənistan Respublikasının hava məkanında ümumi təyinatlı aviasiyanın, o cümlədən mülki PUA-ların uçuşları qadağandır".

Qeyd edək ki, ümumi təyinatlı aviasiya uçuşları şəxsi ehtiyaclar, təlim, idman və ya özəl daşımalar üçün istifadə olunan kiçik təyyarələr, helikopterlər, planerlər və paraplanlarda həyata keçirilən qeyri-kommersiya uçuşlarıdır. Bu cür uçuşlarda yüngül və ultrayüngül tipli hava gəmilərindən (2–4 yerlik təyyarələr, helikopterlər və s.) istifadə olunur.

Tarix
2026.04.15 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla