Yuxarı

Qarabağ qazisi vəfat etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ qazisi vəfat etdi - Foto

Qarabağ qazisi Yuri Valeryeviç Drobotov vəfat edib.

ANS-in məlumatına görə, Qarabağ uğrunda gedən döyüşlərdə hər iki ayağını itirmiş döyüşçü dünən səhər saatlarında dünyası dəyişib.

Yuri Drobotov yanvar ayında ağır insult diaqnozu ilə hospitala yerləşdirilmişdi. O, Buzovnada Rasim İmanov küçəsindəki 36 saylı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qoca anası ilə birgə yaşayırdı.

Qarabağ qazisinə yardım etmək istəyənlər onun anası Drobatova Marqarita Vasilyevnanın adına hesab açmışdılar.

Yuri Valeryeviç Drobotov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildən DİN-də işləməyə başlayıb. Həmin ilin ortasında Qarabağda gedən döyüş əməliyyatlarında, OMON-un tərkibində, sonra 1992-ci ildə Şuşa şəhərində, Daşaltı əməliyyatında, Laçın, Kəlbəcər, Ağdam-Naxçivanik kəndində gedən döyüşlərdə fəali iştirak edib və ağır yaralanıb.

Müdafiə Nazirliyinin Hərbi Kilinik Hospitalında müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. 776 saylı hərbi hissənin 2-ci tağımının komandiri vəzifəsində olmaqla Cəbrayıl, Füzuli və 472 saylı hərbi hissənin tərkibində Qubadlı royununda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Drobotovun son döyüş yolu Zəngilan uğrunda gedən döyüşlərdə başa çatıb. Müharibədə aldığı yaralanmalar nəticəsində dizdən aşağı olmaqla əvvəlcə sağ, daha sonra isə sol ayağı amputasiya edilib.

Bu, bizim qəhramanımız barədə olan məlumat idi.

Tarix
2015.03.01 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla