Yuxarı

Aslan Aslanov yubiley açıqlaması verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aslan Aslanov yubiley açıqlaması verdi

"Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC özünün ilk xəbərini 95 il bundan əvvəl yayıb. Onu quran insanlar bilirdilər ki, bu agentlik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bir quruma çevriləcək".

Axar.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov jurnalistlərə açıqlamasında bildirib. A.Aslanov deyib ki, AZƏRTAC çox çətin və şərəfli yol keçib:

"Bütün maneələrə baxmayaraq, hətta keçmiş sovet məkanında da AZƏRTAC öz xəbərləri ilə tanınır, Azərbaycan haqqında xəbərləri ölkənin sərhədlərindən kənara çıxara bilirdi".

A.Aslanov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası barədə də məlumat verib. Qeyd edib ki, burada 2016-cı ildə Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunub:

"Bununla yanaşı, dünyanın bir sıra ölkələrinin informasiya agentliklərinin rəhbərləri – Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Belarus, Baltikyanı ölkələrin informasiya agentliklərinin direktorları, "Anadolu" agentliyinin nümayəndələri bu gün AZƏRTAC-ı təbrik etmək üçün Bakıya gəliblər. Bütün bunlar göstərir ki, AZƏRTAC hazırda dünya informasiya məkanında öz yeri, nüfuzu və çəkisi olan agentlikdir".

Tarix
2015.03.02 / 20:48
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla