Yuxarı

“Ümumdünya dövləti” ideyası realdırmı? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ümumdünya dövləti” ideyası realdırmı? - Politoloq

Hazırda dünyada hökm sürən başlıca siyasi tendensiya neoqlobalizmdir. Koronavirus pandemiyasının dünyada yaratdığı vəziyyət bir daha bu yöndə işlərin getdiyini göstərir. Bu gün siyasi sferada iki başlıca düşüncə hakimdir. Birincisi, koronavirus sonrası ölkələrdə milli dövlət ideyaları güclənəcək. İkincisi, koronavirus pandemiyası ölkələri vahid hökumət yaratmağa meyilləndirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli koronavirus pandemiyasının “ümumdünya hökuməti” ideyasını gündəmə gətirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, mövcud vəziyyət ölkələr üçün də bir keçid dövrüdür:

“Bu gün dünyada 220-dən artıq dövlət var. Bu ölkələr müxtəlif təşkilatlarda birlikdə fəaliyyət göstərirlər. Biz dəfələrlə dövlətlərin ortaq maraqlar çərçivəsində bir araya gəldiyini və ya əksinə, fərqli maraqlar naminə üz-üzə gəldiyini müşahidə etmişik. Koronavirus pandemiyasından öncə dünyada aktiv və dondurulmuş bir çox irili-xırdalı münaqişələr mövcud idi. Bu gün də əslində bu münaqişələr mövcuddur, sadəcə, hazırkı vəziyyətlə əlaqədar nisbi sakitlik hökm sürür”.

Politoloq qeyd edib ki, ölkələr arasında bu qədər münaqişə olduğu halda vahid bir hökumətdə birləşmə utopiyadır:

“Bu gün belə bir düşüncə var ki, koronavirus pandemiyası sonrası dövlətlər tədricən vahid bir dünya hökuməti yaratmaq üçün addım atacaq. Düzdür, mövcud vəziyyət ölkələrin bir-birinə nə qədər ehtiyacı olduğunu bir daha sübut etmiş oldu. Koronavirus sonrası ölkələrin inteqrasiya prosesi güclənə bilər, lakin bu, onların bütün ambisiyaları kənara qoyub, vahid bir hökumət yaradacağı anlamına gəlmir”.

Politoloqun fikrincə, pandemiya milli dövlət anlayışını gücləndirdi:

“Çünki hazırda koronavirus pandemiyasına görə ölkələr sərhədlərini bağlayıb içə qapanıblar. Bu isə milli dövlətlərin özünümüdafiə instinktindən irəli gəlir”.

Tarix
2020.03.31 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla