Yuxarı

Millət vəkili Türkiyədəki həbslərdə Azərbaycan izindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Türkiyədəki həbslərdə Azərbaycan izindən danışdı

"Çox güman ki, Türkiyədəki həbslərdə "qara pullar"ın yuyulması ilə də bağlı azərbaycanlıların iştirakı ilə müəyyən addımlar ola bilər. Buna əsas olmasa, heç kimi həbs etməzlər".

Bu sözləri millət vəkili Fazil Mustafa Türkiyədə baş tutan kütləvi həbslər nəticəsində nazir övladları da daxil olmaqla, bələdiyyə başçısı, bank idarəçiləri və iş adamlarının nəzarətə götürüldüyü əməliyyatlardakı "Azərbaycan izi" olması haqda iddialara münasibət bildirirəkən "Axar.az"a dedi.

Türkiyədəki həbslər Ərdoğan hakimiyyətinin reytinqinə müsbət təsir edən addımdır

Millət vəkili Türkiyədə baş verən son proseslərin əsas mahiyyəti haqda geniş izah verdi:

"Bu həbslər rüşvətxorluq və korrupsiya əleyhinə mübarizə kontekstində aparılıb. Təbii ki, burada siyasi çalarlar da var. Bu həbslər həm də ictimaiyyət tərəfindən Ərdoğan hakimiyyətinin korrupsiyaya bulaşdığı yönündə səslənən ittihamlara tutarlı cavab oldu. Çünki Baş nazirin korrupsiyanı himayə etdiyi deyilirdi. Amma buna baxmayaraq, Türkiyənin nüfuzlu nazirlərinin övladları və Türkiyənin tanınmış iş adamlarının daxil olduğu çırkli pulların yuyulması ilə məşğul olan müəyyən şəbəkə zərərsizləşdirildi. Bu da qeyd olunduğu kimi, bir illik təhqiqatın sonunda baş tutan əməliyyatdır. Yəni kifayət qədər əsaslar olmasaydı, bu sayda ciddi kontingenti həbs etmək mümkün olmazdı. Bütün hallarda bu, Türkiyə hakimiyyətinin reytinqinə müsbət təsir edən addımdır. Müxalifət özü də bu həbsləri təqdir edib və hakimiyyətə atdığı cəsarətli addıma görə dəstək verməyə hazır olduqlarını bildirib. Bu həbslərdə başqa versiyaları unutmaq olmaz, məsələn, hakimiyyətdaxili qruplaşmalar arasında baş verən müəyyən narazılıqların da effekti ola bilər. Ehtimal edilir ki, hakimiyyət daxilində "camaat"la (nurçularla) hakimiyyət elitasında təmsil olunan qruplar arasında gərginlik var, amma bu, hüquq çərçivəsində qiymətləndirilməlidir. Bu, həm də korrupsiyaya qarşı mübarizə kimi öz hüquqi qiymətini almalıdır. Ən azı verilən məlumatlar bu istiqamətdədir.

Azərbaycanda şəffaf iqtisadi bazar yoxdur

"Azərbaycanda şəffaf iqtisadi bazarın olmaması nəticəsində kapital daha çox Türkiyə və digər Avropa ölkələrinə axır. Ona görə də həbslərdə Azərbaycan vətəndaşlarının olması reallığa söykənən faktdır. Türkiyə hüquq dövlətidir və qanunsuz şəkildə bir azərbaycanlının həbsi beynəlxalq qalmaqala gətirib çıxarda bilər. Ona görə də mümkündür ki, "qara pullar"ın yuyulmasında Azərbaycan vətəndaşlarının iştirakı var. Bütün hallarda, istintaqın nəticəsi hər şeyi üzə çıxaracaq".

Tarix
2013.12.19 / 12:11
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - Foto

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla