Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 May 2020


Kuzmenkodan bakılılara: Bizi satdılar, sizin taleyiniz isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:07

İtaliya Avropa mədəniyyətinin beşiyi və heyranedici ölkədir... Çoxları Roma, Milan, Venesiya və yaxud Turini, heç olmasa, bir dəfə görmək arzusunda olub.

Bu gün isə “İtaliya”, “italyanlar”, “italiya malı” kimi sözlər insanlarda ehtiyat və qorxu hissi yaradır.

Dünyanı koronovirus pandemiyası alovu götürdü və məhz İtaliya və italyanlar hamıdan çox zərər çəkdilər.

Bunun nədən bu şəkildə olmasını aydınlaşdırmaq üçün həyatının böyük hissəsini İtaliyada yaşayan, orada biznes şəbəkəsi quran xanım - Oksana Kuzmenko öz fikirlərini Axar.az-la paylaşıb.

“Koronavirusun “dünya turnesi” Çindən başlamasına baxmayaraq, məhz İtaliya yoluxanların və ölənlərin sayına görə dünyanın bütün ölkələrini üstələdi. Həkimlərin və dövlətin xəbərdarlıqlarına baxmayaraq, italyanlar təhlükəni ciddi qəbul etmirdilər. Çılğın və müəyyən həyat normativlərinə öyrəşmiş İtaliya xalqı karantin haqqında heç düşünmək belə istəmirdi. Mənim dostlarım, “Necə yəni? Evdə qalmaq nədi? Mümkün deyil, mən elə növbəti günü darıxıb dəli olaram", - deyə, əvvəlki həyat tərzi ilə yaşayır, kafe, dostlarla gediş-gəlişə davam edirdilər. Karantinin ilk günləri onlar həyatlarını əvvəlki kimi yaşayırdılar. Və birdən ölkədə nəinki xəstələnənlərin, ölənlərin sayı sıçrayışla artdı. Bu, praktiki olaraq, 2-3 gün ərzində baş verdi. Heç kəs heç nə başa düşə bilmirdi”, - deyə Kuzmenko qeyd edib.

Həmsöhbətimiz əminliklə bildirdi ki, İtaliyanın səhiyyə nazirliyinin ciddi şəkildə silkələnməsinin səbəbi xəstə insanların sayının birdən-birə artması oldu. İnsanlar xəstəxananın yanında ölürdülər, çünki ağzına qədər dolu səhiyyə obyektlərinə ayaq basmaq belə mümkün deyildi:

“Hətta kimyaterapiya lazım olan xəstələr də ölürdülər. Çünki xəstəxanalar çatdırmırdı. Təcili yardım çağırmaq mümkün deyildi. Tibb işçiləri və nəqliyyat vasitələri çatışmırdı. Yoluxmuş insanları təcili tibbi yardım avtomobillərində saxlayırdılar. Bu, tam pərakəndəlik idi. İtaliya diz ustünə çökdü. Amma buna baxmayaraq, insanlar yenə də bu ərəfədə bir-birinə qonaq getməyi, öpüşməyi, ictimai yerləri ziyarət etməyi davam etdirirdi, maska və əlcəklərdən istifadə etmirdilər. Gənc insanlardan çoxu bu virusun daşıyıcısına çevrildi. Demək ki, orqanizmin cavan olması ilə əlaqədər onlar xəstəliyi başgicəllənməsi və sadə öskürəklə ötürə bilirdilər. Məhz onlar yüzlərlə yaşlı insanın xəstələnməsinə səbəb oldular. Onlar xəstəliyin öz bədənlərində olduğunu bilmədən öz valideynlərini ziyarət edirdilər, nəticədə onların kontaktda olduğu insanlar xəstələnirdi və beləliklə, zəncirvari proses gedirdi"

Müsahibimizin sözlərinə görə, daha sonra İtaliyanın dostları “satqın” çıxdı. Ölkənin ən çox güvəndiyi AB və sadiqliyə az qala and içən ölkələr gülümsəyərək, İtaliyaya hətta tibbi maskalar belə verməkdən rəsmi şəkildə imtina etdilər:

“Budur, koronavirus, praktiki olaraq, bütün ölkələrə yayıldı. Hər yerdə xəstələrin sayı artmaqdadır. Hər saat yüzlərlə insanın öldüyünü eşidirik. İtaliyada iki həftə bundan əvvəl olanlar hazırda dünyanın bütün ölkələrində təkrarlanır. Hec kəs kənarda qala bilməyəcək. Mən öz işimlə əlaqədar olaraq (Kuzmenko Pr&Events beynəlxalq marketinq agentliyinin təşkilatçısı və baş direktorudur), dünyanın bir çox ölkəsində olmuşam. İşimlə əlaqədar olaraq Bakıya da çox getmişəm. Azərbaycanın bir çox guşələrində olmuşam. Mən Bakını və Azərbaycanı sevirəm və bununla əlaqədar sizə müraciət edirəm: Bilirəm ki, italyanlar və azərbaycanlılar təbiətlərinə, temperamentlərinə görə bir-birlərinə yaxın millətlərdir. Azərbaycan KİV məlumatlarını izlədikdə də bu fərziyənin nə qədər doğru olduğunu görürəm. Azərbaycanlılardan çoxu vəziyyətin dərinliyini və çətinliyini anlamır. Ola bilsin ki, onlar haqlıdırlar. Doğurdan da virus onları öldürməyəcək. Amma onlar öz yaxınlarını və doğmalarını fikirləşməlidirlər. Kimisə öldürməyən bu bəla kiməsə son saniyələr yaşada bilər. Azərbaycan höküməti lazımi tədbirlərə vaxtında başladı və hazırda da uğurla davam etdirir. Amma insanlar da hökumətə dəstək verməlidirlər. Bu an dövlət və xalq əlbir olaraq, Çində olduğu kimi, bir yumruq kimi hərəkət etməlidirlər. Əks halda situasiya nəzarətdən çıxa bilər. Mən Azərbaycanı çox sevirəm və burdaki vəziyyətin orda təkrarlanmasını istəmirəm. Ən azından, evdə oturaraq kontaktlarınızı minimuma endirin. Özünüzdən başqa, ətrafınızı düşünün - ölkənizin taleyi sizin əlinizdədir. İTALİYADAN SEVGİLƏRLƏ...”

Tarix
2020.04.04 / 23:04
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Ramilin işində erməni izi: nələr ediblər? - Şirinov açıqlayır

Məhkəmə Ramillə bağlı bu səhvi etdi - Cəfəroğlu

Ramil Səfərov Markaryanı necə öldürüb? – Faktlar

Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

AB Əsəd rejiminə qarşı sanksiyanı uzatdı

Bu, bəri başdan qurulmuş təxribat idi - Prezident

Söz vermişdim ki, beş il ərzində... - İlham Əliyev

Nə üçün AXC süqut etdi? - Prezident

Tiflis qülləsi Bayrağımızın rəngləri ilə işıqlandırıldı

ABŞ qubernatorundan türk diplomatın qatili ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla