Yuxarı

Sabahdan yalnız bu taksilər işləyə biləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahdan yalnız bu taksilər işləyə biləcək

Bu gün təkcə Bakı şəhərində təxminən 30 minə yaxın taksi fəaliyyəti ilə məşğul olan şəxs var. Bunların da hamısına icazə verilə bilməz. Bunların sayının məhdudlaşdırılması və minumuma endirilməsi ilə bağlı həm Bakı Nəqliyyat Agentliyinə, həm də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət olunub.

Axar.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

"Bakı Nəqliyyat Agentliyindən yəqin ki, hansı taksilərə fəaliyyət göstərməyə icazə veriləcəyi bir neçə günə bilinəcək. Bildiyim qədər fərqlənmə nişanları olan insanların sayı çoxdur. Onu da nəzərə alaq ki, taksi fəaliyyəti ilə məşğul olmaq çox risklidir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, Bakı şəhər istisna olmaqla, respublika ərazisində fərqlənmə nişanı olan 4 minə yaxın taksi var.

Fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxs karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb ediləcəklər. Həmin sürücülər 100 manatdan 200 manatadək cərimə ediləcəklər" - K.Əliyev bildirib.

Tarix
2020.04.04 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Möminə xatun türbəsində bərpa işləri ilə tanış oldu

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu

"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu

İlham Əliyev AzTV-yə müsahibə verdi

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

Prezident Naxçıvanda yeni avtobuslara baxdı

Prezident Naxçıvan Sənaye Parkının təməlini qoydu - Foto

İlham Əliyev bu stansiyalardakı işlərlə tanış oldu

İlham Əliyev və xanımı Heydər Əliyev abidəsini ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla