Yuxarı

Prezident qərarları: karantin, bank və 600 min...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin ötən gün keçirdiyi iclasda əsas müzakirə mövzusu karantin müddətində əhalinin üzləşdiyi sosial problemlər idi. Bununla bağlı Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarova müvafiq tapşırıqlar verildi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclası şərh edərkən deyib.

O bildirib ki, Prezidentin bu müşavirəsi böyük əhəmiyyətə malik idi:

“Çünki ölkədə karantin müddətinin uzadılması və postpandemiya dövrünə hazırlıqla bağlı müzakirlər gedir. Bu mənada Prezidentin verəcəyi qərarlar maraqla gözlənilirdi.

Karantin müddətinin uzadılması hazırda zəruri bir addımdır. Çünki pandemiya hələ də ciddi təhlükə kəsb edir. Düzdür, yoluxanların sayında azalma müşahidə olunur, lakin bu müsbət göstəricinin davam etdirilməsi lazımdır. Bu mənada Prezident karantin müddətinin uzadılmasının zəruri olduğunu qeyd etdi. Digər tərəfdən, Prezident bəzi sahələrdə fəaliyyətin tədricən açıla biləcəyini qeyd etdi. Bu qərar karantin müddətinin uzadılmasına baxmayaraq, iqtisadiyyatın tam durmaması və postpandemiya dövrü üçün hazırlıq mahiyyəti daşıyır. Koronavirus pandemiyası iqtisadiyyatı durma nöqtəsinə gətirib çıxarıb. Ölkə başçısının ötən illər ərzində həyata keçirdiyi iqtisadi islahatlar bu gün öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dursa belə, dövlət öz daxili imkanları hesabına həm virusun təsirlərini azaltmaq, həm də vətəndaşları qorumaq iqtidarındadır. Buna baxmayaraq, postpandemiya dövrü üçün hazırlıqlar vacibdir. Məhz bu səbəbədən ölkə başçısı bəzi sahələrin tədricən açıla biləcəyini qeyd etdi”.

Politoloq qeyd edib ki, ölkə başçısı əhalinin sosial vəziyyəti ilə bağlı da mühüm tapşırıqlar verdi:

“Prezident ilkin olaraq 200 min nəfər üçün nəzərdə tutulan 190 manat məbləğində birdəfəlik yardımın 600 min nəfərin alması üçün göstəriş verdi. Bu addım vətəndaşların çoxsaylı istəyi əsasında qəbul edildi. Yəni ölkə başçısı xalqın mövcud vəziyyətini bilir və buna biganə qalmır”.

Q.Hüseynli deyib ki, pandemiya dövründə bankların üzərinə böyük bir missiya düşür:

“Ölkə başçısı xüsusilə banklara müraciət etdi. Çünki pandemiya dövründə bankların üzərinə böyük yük düşür. Xüsusilə ölkə başçısı vətəndaşlara 190 manat həcmində birdəfəlik ödənişlərin şəxsi hesab vasitəsilə verilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, ölkəmizdə şəxsi bank hesabı olan şəxslərin sayı çox deyil. Bu mənada vətəndaş müraciətinin çoxluğu səbəbindən bankların üzərinə ağır yük düşür. Digər tərəfdən bu qərar həm də ölkədə pandemiya sonrası onlayn ticarət və vətəndaş-bank münasibətlərində fərqli bir münasibət formalaşdıracaq. Yəni vətəndaşlar təkcə bankara kredit üçün deyil, öz şəxsi hesabları üçün də müraciət edəcək”.

Tarix
2020.04.18 / 16:29
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla