Yuxarı

Prezidentdən banklarla bağlı mühüm tapşırıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən banklarla bağlı mühüm tapşırıq

Koronavirus pandemiyası bank-vətəndaş münasibətlərini yeni mərhələyə keçirdi. Dövlətin vətəndaşlar üçün təyin etdiyi birdəfəlik ödənişləri banklardan alması və insanların hesab açmaları gələcəkdə banklara fərqli yanaşmanı ortaya qoyacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda banklarla bağlı tapşırıqlarına münasibət bildirərkən deyib.

O bildirib ki, koronavirus pandemiyası istər sosial, istərsə də iqtisadi sahədə bir çox həqiqətləri üzə çıxardı:

“Xüsusilə, bu gün üzə çıxdı ki, əmək müqaviləsi olmadan, qeyri-formal işləyənlərin sayı həddən artıq çoxdur. İlk növbədə bu sahədə şəffaflaşma lazımdır: yəni sahibkarların vergidən yayınmasına, işçinin isə sosial müdafiəsiz buraxılması kimi pis ənənəyə son qoyulmalıdır.

Eyni zamanda, cənab Prezident birdəfəlik ödəniş alan vətəndaşlara bir daha tövsiyə etdi ki, bank hesabları açsınlar. Bu qərar da çox vacibdir. Çünki bu gün təəssüf ki, vətəndaşlar banklara daha çox kredit ilə bağlı müraciət edirlər. Prezidentin bu qərarından sonra vətəndaşların özləri üçün şəxsi hesab açmasının geniş vüsət alacağını düşünürəm.

Prezident bu qərar ilə iki mühüm məsələni həll etmiş oldu:

1. Bundan sonra artıq həmin insanlar öz maaşlarını köçürmə yolu ilə alacaqlar və öz vətəndaşlıq borcunu yerinə yetirmiş olacaqlar.

2. Vətəndaşların banklara olan inamı artacaq, ən əsası da fərqli yanaşma üçün yeni fürsətləri hiss edəcəklər”.

Tarix
2020.04.19 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla