Yuxarı

Paşayeva bu iş adamlarına təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzlu iş adamlarına, ziyalılarımıza, imkanı çatan insanlarımıza çağırışımızı dəstəkləyərək, Tovuz rayonunda koronavirus pandemiyası səbəbindən vəziyyəti çətinləşən 300-dən çox ailəyə yalnız son 5 gün ərzində mənimlə birlikdə yardım göndərən hər kəsə təşəkkürümü bildirirəm.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

O bildirib ki, bu yardımların aparılması və paylanılması üçün əlimizdən gələn dəstəyi əsirgəmədik və bundan sonra da hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik:

“İlk gündən millət vəkili kimi bütün gücümüzlə pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək üçün çalışırıq və çalışmağa davam edəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm. Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, sözügedən ailələrimizlə danışıram, onlayn-görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək, onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımları çatdırmağa çağırırıq. Bir millət vəkili kimi və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq da əlimizdən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışırıq”.

Millət vəkili Heydər Əliyev Fondunun bu istiqamətdə fəal fəaliyyətinin hamıya ən gözəl örnək adlandırıb:

“Cənab Prezidentimizə bütün dünyada ciddi böhran yaradan pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımız, ailələrə dəstəklə bağlı verdiyi sərəncamlara, tapşırıqlara, həyata keçirilən işlərə görə təşəkkürümüzü bildirirəm. İmkanı çatan hər bir insan bu addımlardan örnək alaraq belə ailələrə dəstək göstərməklə Ali Baş Komandanımızın ətrafında milli birliyimizi daha da artırdığımızı nümayiş etdirir. Cənab Prezidentimizin də vurğuladığı kimi, “Biz birlikdə güclüyük”!

Tarix
2020.04.20 / 21:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla