Yuxarı

Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb

Azərbaycanda Ayfon-17 Pro (256 GB) modelinin qiyməti dünyanın bir çox ölkəsi ilə müqayisədə xeyli yüksəkdir. Araşdırmaya əsasən, cihaz Azərbaycanda təxminən 1 875 ABŞ dollarına satılır, ABŞ-da isə 1 181 dollara təklif olunur. Bu da qiymətin Azərbaycanda təxminən 59 faiz daha yüksək olduğunu göstərir.

Məlumata görə, Ayfon-17 Pronun ən baha satıldığı ölkə Türkiyədir ki, burada cihazın qiyməti 2 592 ABŞ dollarına çatır.

Azərbaycanda qiymətlərin bu qədər baha olmasının əsas səbəbi nədir?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli Azərbaycanda qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri kimi mobil telefonlara tətbiq olunan vergi və rüsumlar olduğunu bildirib:

“Telefonların ölkəyə idxalı zamanı 15 faiz gömrük rüsumu və 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir. Bu vergilər ardıcıl qaydada hesablandığı üçün ümumi vergi yükü təxminən 35-36 faizə çatır. Bununla yanaşı, İMEİ qeydiyyatı və digər idxal-xidmət xərcləri də son satış qiymətinə əlavə olunur. Nəticədə bütün bu xərclər telefonların Azərbaycanda daha baha satılmasına səbəb olur”.

İqtisadçı bildirib ki, Azərbaycan mobil telefon istehsal edən ölkə olmasa da, idxal olunan hər bir telefondan vergi və rüsumlar hesabına əhəmiyyətli gəlir əldə edir:

“Bu baxımdan, bazarda qiymətlərin yüksək olmasının əsas səbəbi məhz vergi yükü, gömrük rüsumları və qeydiyyat xərcləridir”.

Tarix
2026.08.01 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla