Yuxarı

Ekspert: İranı ABŞ işğalından qoruyan 3 əsas fakt - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:07

İnanmıram ki, supergüclər İranın Qərb və Şərq ölkələrinə verdiyi böyük faydaları geri çevirib, onun hansısa hissəsini əldə etmək üçün hərbi müdaxilə etsinlər.

Bu sözləri Axar.az-a açıqlamasında İranın tanınmış siyasi ekspertlərindən Mehdi Nəimi ABŞ-ın sabiq dövlət katibi Henri Kissencerin İranı işğal edəcəkləri ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, ABŞ hazırda İrandan bölgə ölkələri ilə münasibətlərində daha çox yararlanır:

“Əvvəlcə baxaq, görək, İranın indiki durumu, rejim adına yürüdülən və aparılan siyasətlər hazırda supergüclərin, özəlliklə ABŞ-ın xeyrinədir, ya zərərinə? İranın siyasəti sayəsində ABŞ İrandan, loru dildə desək, "xoxan" yaradıb və qonşu ölkələri, o cümlədən Bəsrə körfəzi dövlətlərini “sağmaq”dadır. Milyardlarla dollar dəyərində silah satışı sözdə İran qorxusu səbəbi ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt və bu kimi digər ölkələr İran təhlükəsindən qorunmaq üçün ABŞ-ın himayəsinə keçiblər və siyasətlərini də buna əsasən nizamlayırlar. Bu qədər sözəbaxan ölkələri boş-boşuna qorxu kölgəsindən çıxarmaq istəyərlərmi?”

Ekspert bildirib ki, İranın işğalı da asan proses deyil:

“Çünki ötən illərdə İran İslam Respublikası radikal məzhəbçiləri yüksək dərəcədə təşkilatlandırıb. Bunlar həm İranda, həm də başqa ölkələrdə mövcuddur. Onlar da ya inanclarına əsaslanaraq, ya da İrandan aldıqları məvacibə görə bu yolda canlarından keçməyə hazırdırlar. Belə adamların mövcudluğu ABŞ-ın İranı işğal planını həyata keçirməsinə doğru addımları zamanı “xərcini” artıra bilər”.

Mehdi Nəimi bildirib ki, İrandan faydalanan nəhəng ölkələr onu ABŞ-a yem etməz:

“Digər məsələ isə budur ki, İran da yalnız deyil. İranın da ABŞ-a qarşı müqavimət göstərməsi üçün dayandığı başqa supergüclər var. Rusiya, Çin öz mənfəətlərini təqib etsələr də, İranı bir yem kimi ABŞ-ın qarşısına buraxmazlar. Doğrudur, onlar İranın ala gözünə aşiq deyillər. Ancaq bu ölkələrin də öz mənfəətləri var və hazırda İranın onlara böyük faydası dəyir. Bu iddialar rahat səslənə bilər, ancaq həyata keçməsi heç də asan deyil”.

Ekspert İranın çöküşünün daxildən başvermə ehtimalının daha böyük olduğunu vurğulayıb:

“İranın dağılması kənar müdaxilələrdən daha çox içəridən ola bilər. Yəni İranın öz əhalisi hakimiyyətdən incidiklərinə görə arxa çevirdiyi zaman rejimin sütunları titrəyə bilər. Bu, Tehran üçün xarici güclərin hücumundan daha qorxulu olar”.

Tarix
2020.04.28 / 14:19
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla