Yuxarı

Zakir Həsənov şəxsi heyətə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün xalqımız uzun illərdən bəri qoruyub saxladığı adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təntənəsi olan Novruz bayramını - dövlət bayramı səviyyəsində qeyd edərək öz qədim tarixə malik keçmişinə hörmət və ehtiramını bildirir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasət nəticəsində ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin edilmiş, dövlətçilik ənənələrimiz möhkəmlənmiş, vətəndaşlarımızın maddi rifahı yaxşılaşmışdır. Respublikamızda ordu quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır.

İnanıram ki, Siz Azərbaycan Respublikasını Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edərək Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli yurdumuzda dalğalandıracaqsınız.

Hər birinizə, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə bayram təbriklərimi çatdıraraq, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".

Tarix
2015.03.19 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlkin hesabat yayıldı: Rusiya mediası yenə “davam” edir

Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - Foto

Paşinyan ABŞ-da Bakının qara siyahısında olanla görüşdü

AZAL bütün prosedurlara riayət edib - Hesabat

Paylan “qisas”a çağırdı: Bundan sonra 100 savaş da olsa…

AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat... - Qazaxıstan

Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı

Bu bələdiyyə üzrə təkrar seçki keçirilə bilər

Qaro Paylan özünü daşnak kimi aparır - Eltürk

Poqosyan Ramiz Yunusu ölümlə hədələdi: Siz çaqqalları…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla