Yuxarı

NATO, ATƏT belə bu “seçki”ni pislədi - Şəfiyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO, ATƏT belə bu “seçki”ni pislədi - Şəfiyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Eurasia Review” nəşrində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma inauqurasiya mərasiminə dair “Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz” adlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın işğal olunmuş torpaqlarında martın 31-i və aprelin 14-də keçirilmiş seçkilərin bir çox beynəlxalq aktor və ölkələr tərəfindən pislənildiyi bildirilib.

“Bu seçkilər BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış tanınmayan siyasi quruluşu legitimləşdirmək istiqamətində növbəti uğursuz cəhddir”, - deyə Fərid Şəfiyev qeyd edib.

Müəllif əlavə edib ki, yerli qondarma rəhbərlik Qarabağ regionunda aşkar edilmiş koronavirus infeksiyasının insanlar üçün yaratdığı təhlükəni görməzdən gəldiyi üçün seçkilərin keçirildiyi vaxt da geniş şəkildə tənqid olundu:

“Seçkilər yerli icmanın vacib hissəsi olan azərbaycanlıların etnik təmizləmə yolu ilə qovulduğu bölgədə keçirilib. Bu insanlar indi də öz rayonlarına giriş imkanlarından məhrum edilib. Bu vəziyyət BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməyə rəğmən davam edir”.

Bildirilib ki, Azərbaycan hökuməti də bu “seçkilər”i pisləyib və bir daha bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması, azərbaycanlıların doğulduğu torpaqlara geri qayıtması və regionun erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpa olunmasından sonra hansısa seçkilər keçirilə bilər.

Məqalədə qeyd olunub ki, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, NATO, ATƏT və digər beynəlxalqa təşkilatlar Azərbaycanın narahatlıqlarını bölüşərək seçkiləri tanımaqdan imtina ediblər. Eyni zamanda bu mövqe ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən də nümayiş olunub və onlar bu seçkiləri Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmədiklərini bəyan ediblər.

“Bu insanlar nəinki qeyd edilin beynəlxalq sənədlərə, həmçinin siyasi sistemin demokratik olmasına imkan verən inklüziv vətəndaşlıq prinsiplərinə məhəl qoymurlar. Yerli icmanın “arzuolumaz” seqmenti hesab etdikləri etnik azərbaycanlıları qovmaqla ermənilər onların fundamental hüquqlarını görməzdən gəliblər və regionda hansısa demokratiyaya yer saxlamayıblar”,- deyə Fərid Şəfiyev bildirib.

Müəllif həmçinin beynəlxalq ekspertlərin post-sovet məkanında mövcud olan münaqişələrə qarşı ikili standart nümayiş etdirmələrindən bəhs edib:

“Liberal dəyərlər qanunsuz işğal üzərində qurula və azərbaycanlı icmanın Dağlıq Qarabağdan qovulması ilə uzlaşa bilməz. Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər bu və ya digər etnik-ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər və prinsipial mövqenin nümayiş etdirilməli olduğu həmin yerlərdə “neytrallıq” axtarışında olacaqlar, sülhə nail olmaq çox çətin olacaq”.

Tarix
2020.05.22 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

Bayramov monteneqrolu həmkarı ilə görüşdü

Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla