Ana səhifə Gündəm |
"Qafqazda ilk dəfə Yaponiya ilə dostluq əlaqələri quran yeganə bölgə İsmayıllı rayonu olub. Bu həm Azərbaycana göstərilən böyük dəstəkdir, həm də rayonumuza göstərilən etimaddır. Biz bu dəstəyi həmişə cənab Prezident İlham Əliyevin simasında hiss etdik. Ona görə də biz Yaponiyanın "İTO" şəhəri ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə böyük müqavilə imzalamışıq. Bu müqavilə tək şagird, tələbə, mədəniyyət işləri mübadiləsi deyil, eyni zamanda birgə istehsal birliklərinin yaradılması ilə də əlaqədardır".
Axar.az xəbər verir ki, bu sözləri geniş müsahibəsində İsmayıllının icra başçısı Mirdaməd Sadıqov deyib. İcra başçısı sia.az-a deyib ki, bu sahədə çox işlər görəcəyik:
"Artıq Topşi ərazisində 5 hektardan çox dinclik sahəsi yaradılıb ki, bu da yapon dostlarımızın, mütəxəssislərimizin xoşuna gəlib. Onlar Azərbaycanda salınacaq yapon bağları ağaclarının məhz İsmayıllıda yetişdirilməsini planlaşdırıblar".
M.Sadıqov velosiped zavodundan da söz açıb:
"Bu, Azərbaycanda tikilən ilk sənaye sahəsidir. Burada 90 nəfərdən çox adam işləyəcək. Zavodda tək uşaqlar, böyüklər üçün velosipedlər yox, eləcə də əlil arabaları istehsal olunacaq və s. Təbii ki, bu məhsullar respublikamızı təmin etdikdən sonra gələcəkdə xarici ölkələrə satışı üçün də əlverişli imkan yaradacaq".
Tarix
2015.03.25 / 10:54
|
Müəllif
Nigar İxtiyarqızı
|