Yuxarı

Novruzov: 26 yaşlı Hacıbəyli bu cür deputat seçildi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzov: 26 yaşlı Hacıbəyli bu cür deputat seçildi – Video

Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov olduqca maraqlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, S.Novruzov hazırda Milli Şuranın aparıcı simasına çevrilən Gültəkin Hacıbəylinin hələ 26 yaşı olarkən Goranboydan necə deputat seçildiyinə aydınlıq gətirib.

Millət vəkili deyib ki, o vaxt G.Hacıbəyli “91-lər”dən olan Ariz Əbdüləliyevə alternativ idi. YAP A.Əbdüləliyevin namizədliyini geri çəkməsi üçün təkid edib.

S.Novruzov bildirib ki, YAP A.Əbdüləliyevin namizədliyini geri çəkməklə G.Hacıbəylinin deputat seçilməsinə şərait yaradıb.

Millət vəkili qeyd edib ki, G.Hacıbəylinin arxasında “gözəgörünməz əllər” olduğu üçün YAP ona dəstək verib.

“Bax, indi Gültəkin həmin “gözəgörünməz əllərin” dalınca danışır”, - S.Novruzov deyib.

S.Novruzov C.Həsənlinin də deputat seçilməsində YAP-ın xüsusi rolu olduğunu xatırladıb:

“Cəmil Həsənli həmişə də Azərbaycan hakimiyyətini tərifləyib. Təhsil komitəsinin üzvü idi və təhsillə bağlı məsələlərdə ona söz verilirdi. C.Həsənli də Azərbaycan təhsilinin inkişafından, yeni məktəblərin tikilməsindən danışırdı. Seçilməyən kimi dedi, Azərbaycanda təhsil yoxdur. Budur bunların siması”.

Tarix
2020.06.04 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla