Yuxarı

"Zirə" ilə oyunda vəziyyəti dəyişmək çox çətindir - Şuster

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zirə" ilə oyunda vəziyyəti dəyişmək çox çətindir - Şuster

Cütün taleyini öz meydanımızda müəyyən etməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın “Torpedo” klubunun baş məşqçisi Dirk Şuster UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə”yə 0-3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

O, rəqibin üstün oyun nümayiş etdirdiyini söyləyib:

“Oyundan əvvəl də “Zirə”nin güclü kollektiv olduğunu vurğulamışdım. Rəqibin qol vuracağını nəzərə alırdıq və cütün taleyini öz meydanımızda həll etməyi planlaşdırırdıq. Lakin favorit statusunu doğruldan “Zirə” layiqli qələbə qazandı. Komandanın heyətində yüksək fərdi keyfiyyətlərə malik futbolçular var. İkinci qoldan sonra oyuna nəzarəti tamamilə itirdik, üçüncü top isə komandamızın ruhdan düşməsinə səbəb oldu”.

D.Şuster komandasının fiziki durumuna da toxunub. O, “Torpedo Kutaisi”nin Bakıya Superkubok matçından sonra gəldiyini və futbolçuların yorğunluğunun oyuna təsir göstərdiyini söyləyib.

Baş məşqçi cavab görüşündə daha yaxşı çıxış etməyə çalışacaqlarını qeyd edib:

“3-0 hesabından sonra vəziyyəti dəyişmək çox çətindir. Ancaq futbolda hər şey mümkündür. Ən azı qarşılaşmanı əlavə vaxta daşımaq üçün sonadək mübarizə aparacağıq”.

Komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda baş tutacaq.

Tarix
2026.07.08 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla