Yuxarı

Əliyevin cavabı: nə təsadüfdür, nə də tendensiya... - Paşayeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə onu deyək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Avropa Birliyinə üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirak və çıxış etdiyi Sammit istər iştirakçıların tərkibi, istərsə də müzakirə olunan mövzular baxımından mühüm əhəmiyyətə malikdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxısının geniş ictimai-siyasi rezonansı haqda danışarkən deyib.

Q.Paşayeva bildirib ki, İlham Əliyevin çıxışı bir neçə məqam etibarı ilə özünə diqqət tələb edir:

“Hər şeydən öncə qeyd edək ki, sammit qlobal pandemiya dönəmində keçirilir və respublikamız bu ümumdünya probleminə dair qabaqcıl mövqeyə malikdir. Cənab Prezidentin sədri olduğu iki beynəlxalq qurum məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya ilə bağlı video-müzakirələr aparıb, mühüm çıxışlar olub, mövqelər ifadə olunub. Qoşulmama Hərəkatının bu il mayın 4-də COVİD-19-a həsr edilmiş onlayn zirvə görüşündə Avropa Birliyi və Afrika Birliyinin iştirakı xüsusilə qeyd edilməlidir. Dövlətimiz ÜST-ə maliyyə yardımı göstərib, ÜST koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb və s. Təsadüfi deyil ki, bu məqamları öz çıxışında vurğulayan cənab Prezident Avropa Birliyinin ali nümayəndəsi cənab Jozep Borrellə videomüraciətinə görə bir daha təşəkkür etdi, ümid etdiyini bildirdi ki, bu, Avropa Birliyi və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaq.

Əlbəttə, söhbət yalnız pandemiyadan getmir, Şərq Tərəfdaşlığının özünəməxsus ənənəvi müzakirə mövzuları, özəlliklə, adından da göründüyü kimi, tərəfdaşlıq - sülh və təhlükəsizlik, birgə yaşayış kimi mandat-missiyası vardır. Məhz bu mövzular Azərbaycanın sülhpərvər, multikultral mövqeyinə tam uyğundur. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir. Avropa Birliyi ilə əməkdaşlıq bizim xarici siyasətimizin əsas prioritetlərindəndir. Azərbaycanın Avropa Birliyinin bir çox üzvü ilə ikitərəfli planda da sıx əməkdaşlığı mövcuddur”.

Q.Paşayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışına replika ilə münasibət bildirmək cəhdini, ona verilən tutarlı cavabı diqqət yetirilməli ən əsas məqamlardan sayıb:

“Azərbaycan Prezidenti işğalçı zehniyyətli Paşinyanla qabaqlar da bir neçə dəfə debatda, müzakirələrdə qarşı-qarşıya gəlib və istisnasız olaraq, həmişə onu haqq etdiyi cavablarla susdurub. Aşqabadda, Münhendə və başqa şəhərlərdəki belə hallar yaxşı yadımızdadır. Bu dəfəki sammit də istisna olmadı və yenə Paşinyan özünü gülünc vəziyyət saldı, tutarlı cavabdan sonra susmağa məcbur oldu. Paşinyan ənənəvi erməni xisləti ilə yalan deyib, iştirakçıları o yalana inandırmaq və bu yalan üzərindəki “hücum” ilə, özünün, təmsil etdiyi ölkənin işğalçılıq siyasətini ikinci plana keçirmək istəyində idi. Öz diktator, hərbi cani sələflərindən guya “demokrat”lığı ilə fərqlənən Paşinyan Azərbaycan Prezidentindən aldığı sərrast cavabla miskin duruma düşməkdən qurtula bilmədi”.

Millət vəkili qeyd edib ki, elə hal birinci, ikinci hal olmadığı üçün nə təsadüf, nə də tendensiyadır, bu artıq qanunauyğunluqdur:

“O qanunauyğunluğun diktə etdiyi ən əsas məqam ondan ibarətdir ki: dünya birliyi işğalçıya dur deməlidir, bölgədə sülhə, təhlükəsizliyə ən əsas maneə olan işğalçılıq sona yetməlidir, işğalçı hər hansı forma və dərəcədə beynəlxalq dəstək deyil, beynəlxalq qınaq və məsuliyyətə dəvət görməlidir. Bu mənada yaxın günlərdə Avropa Parlamenti adından verilmiş, Emənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında qeyri-qanuni yol çəkməsini, qanunsuz məskumlaşmanı pisləyən, respublikamızın ərazi bütövlüyünü müdafiə edən mühüm Bəyanatı bir daha minnətdarlıqla xatırlatmaq istərdim”.

Tarix
2020.06.22 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan

Leyla Əliyeva bu pavlyonu ziyarət etdi - Video

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla