Yuxarı

Tapılan meyit 4,5 il öncə itkin düşən neftçiyə aiddir – Təsdiq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tapılan meyit 4,5 il öncə itkin düşən neftçiyə aiddir – Təsdiq

İyunun 13-də “Günəşli” yatağı istiqamətində aşkar olunan iki meyitdən birinin 2015-ci il dekabrın 4-də yatağın 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən dənizçiyə aid olduğu təsdiqlənib.

Axar.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat paylaşıb.

O bildirib ki, neftçi Elşad Rəsulova məxsus olduğu dəqiqləşən meyit artıq sudan çıxarılıb və sabah ailəsinə təhvil veriləcək.

Xatırladaq ki, Axar.az olaraq 13 iyunda “Günəşli” yatağında daha iki meyitin tapıldığı və bu meyitlərin 2015-ci ildə itkin düşən neftçilərə aid olduğunun ehtimal edildiyi haqda özəl mənbəyə istinadla məlumat paylaşmışdıq.

Bildirilirdi ki, bu meyitlər də ötəndəfəki kimi, 190 metr dərinlikdə aşkarlanıb və hazırda meyitlərin dərinlikdən çıxarılması üçün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Ötən ay itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.

Tapılan digər meyitin də itkin neftçilərdən birinə aid olub-olmadığı araşdırılır.

Tarix
2020.06.24 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla