Yuxarı

“Qarabağ münaqişəsi regionda təhlükəsizliyə ciddi təhdiddir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ münaqişəsi regionda təhlükəsizliyə ciddi təhdiddir”

Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində aprelin 1-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Estoniyanın Xarici İşlər Nazirliyinin siyasi departamentinin baş direktoru Paul Teesalu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTac-a bildiriblər ki, Xələf Xələfov Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edib. Nazir müavini ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpaolunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların mövcudluğunu bildirib.

Azərbaycan-Estoniya münasibətlərinin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən Paul Teesalu iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusi qeyd edib. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən Paul Teesalu paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Xələf Xələfov Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Aİ-nın bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini qeyd edən nazir müavini münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə mümkün olduğunu vurğulayıb.

Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsinə dair ölkəmizin mövqeyinin anlayışla qəbul olunduğunu bildirib. Paul Teesalu estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələrinin tövsiyə olunduğunu xüsusilə vurğulayıb.

Birinci Avropa Oyunlarının keçirilməsində ölkəmizə uğurlar arzulayan P.Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.04.01 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla