Yuxarı

"Fairmont Baku" yalnız onlardan üzr istədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Fairmont Baku" yalnız onlardan üzr istədi

"Fairmont Baku" oteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə otel məlumat yayıb.

"COVİD-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə "Fairmont Baku" ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. "Fairmont Baku"da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVİD-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur.

Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də biz Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə "Fairmont Baku Alov Qüllələri"nin Baş meneceri Metyu Qreppo bildirib.

Qeyd edək ki, sözügedən otel sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, açıq hava hovuzunu müştəriləri üçün açıq etmişdi. Bu barədə xəbər yayıldıqdan sonra Bakı polisi "Fairmont Baku"da əməliyyat keçirmiş, otelin müştərilərini cərimələmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün məsələ ilə bağlı danışaraq oteldə baş verənləri biabırçılıq adlandırmışdı.

Tarix
2020.07.07 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla