Yuxarı

Prezidentdən başçıya: Ətraf rayonları da nəzərə alın...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən başçıya: Ətraf rayonları da nəzərə alın...

Prezident İlham Əliyev İsmayıllıda bir sıra açılışlarda iştirak edib.

Axar.az xəbər verir ki, rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib:

- Cənab Prezident, cəlb etdiyimiz bir investisiya barədə Sizə məlumat vermək istərdim. İvanovka kəndində böyük karamel fabriki və un məmulatları fabriki yaradılıb. Artıq xeyir-duanızı gözləyirik.

Prezident İlham Əliyev: Kəndin içindədir?

Nahid Bağırov: Bəli, kəndin içindədir, gözəl dizaynı var. Burada 200-dən çox insan işləyir.

Prezident İlham Əliyev: Konfet istehsal edirlər?

Nahid Bağırov: İris, konfet və un məmulatları. Cənab Prezident, İvanovka kəndində taxıl üzrə məhsuldarlıq keçən illə müqayisədə 2 dəfə yarım artıb. Keçən il hər hektardan 11 sentner idi, bu il artıq 28 sentnerdir.

Prezident İlham Əliyev: Nəyin hesabına? Yeni texnologiyaların və texnikanın?

Nahid Bağırov: Yeni texnologiyaların, azotun və digər gübrələrin düzgün, vaxtında verilməsi hesabına.

Prezident İlham Əliyev: Prinsipcə orada 28 sentnerdən artıq ola bilər. Əgər orada suvarma layihələri icra olunarsa, onda məhsuldarlıq artar.

Nahid Bağırov: Qara torpaqları var.

Prezident İlham Əliyev: Ümumiyyətlə, İsmayıllının torpağı çox yaxşıdır, münbitdir. Bəs orta məhsuldarlıq nə qədərdir?

Nahid Bağırov: Keçən il 35 sentner idi, bu il 36 sentnerə yaxın olacaq.

Prezident İlham Əliyev: Yaxşıdır. Bəs digər işlər necədir?

Nahid Bağırov: Cənab Prezident, bundan başqa, “Coca-Cola” və “Efes” zavodları ilə danışıqlar aparırıq. Artıq gəliblər, geoloqlarımız araşdırıblar, demək olar ki, 80 faiz razılıq veriblər, pandemiya dövrünün qurtarmağını gözləyirik.

Prezident İlham Əliyev: Zavodun tikintisinə investisiya qoyacaqlar?

Nahid Bağırov: Bəli. “Coca-Cola” və “Efes” zavodları. Onlar bir qrup olduğu üçün istəyirlər ki, ikisi də bir yerdə olsun. Artıq yer də ayırmışıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, yeni dayanacaqdır?

Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.

Prezident İlham Əliyev: Gözəldir.

Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.

Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?

Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.

Prezident İlham Əliyev: Texnoparkda?

Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.

Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.

Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.

Tarix
2020.07.29 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla