Yuxarı

Kosmos yarışı: Marsda məskunlaşmaq üçün... - Alim

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kosmos yarışı: Marsda məskunlaşmaq üçün... - Alim

SSRİ və ABŞ arasında 1957-1975-ci illərdə kosmosun fəthi ilə bağlı gedən gərgin mübarizə 2020-ci ildən etibarən yenidən başlayıb. Belə ki, Marsın sirlərini kəşf etmək üçün ABŞ, AB, Rusiya, BƏƏ, Çin, Yaponiya sözün əsl mənasında yarışdadır. Bəs, görəsən, bu ölkələri Marsı kəşf etməyə sövq edən səbəb nədir?

Məsələ ilə bağlı Axar.az-a danışan Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fəlsəfə elmləri doktoru Ədalət Ətayi bildirib ki, Marsın araşdırılması, tədqiq edilməsi ötən əsrin 50-ci illərindən başlanan bir plandır:

“Məsələ ondadır ki, Venera, Yer, Mars eyni tipdə planetlərdir. Sadəcə, bu planetlər müxtəlif məsafələrdə yerləşir. Daha aydın şəkildə desək, Venera və Mars dünyanın olduğu yerdə olsaydı, bu gün bəlkə də bu planetlərdə də həyat olardı. Yəni mahiyyət etibarilə bu 3 planet eynidir, sadəcə, Günəşə yaxınlıq məsafələri onların fərqli xüsusiyyətlərdə formalaşmasına səbəb olub”.

Alimin sözlərinə görə, Marsın bir sıra özünəməxsus xüsusiyyətləri var:

“Mars planeti çəki etibarilə dünyadan yüngüldür. Digər tərəfdən Mars dünyaya məsafə etibarilə də yaxındır. Marsda həyatın izləri haqda bir çox fərziyyələr və bunları dəstəkləyən kəşflər var. Bu gün Marsın ətrafında bir çox süni peyklər mövcuddur. Bu peyklər müntəzəm olaraq Marsın atmosferi ilə bağlı dünyaya informasiyalar göndərir. Marsın səthində ekspedisiya aparmaq da mümkündür. Hazırda NASA-nın bir sıra aparatları Marsın səthindədir və bu planetin rəngi, torpaq qatı, təbii fəlakətləri ilə bağlı çox dəyərli məlumatları dünyaya göndərir. Marsda çox nəhəng, ehtimal ki, çoxdan sönmüş bir neçə vulkan aşkar edilib. Bunlardan ən böyüyünün hündürlüyü 27 km-dir. Bu, Günəş sistemində məlum olan ən yüksək dağdır”.

Ə.Ətayi bildirib ki, Marsın geoloji dövrünün dünyadan daha əvvəl başlayıb, tez bitdiyi düşünülür:

“Yəni bu o deməkdir ki, dünyada olan təbii ehtiyatların bir çoxu Marsda da var. Marsı kəşf etmək istəyən bir sıra ölkələr bu planetin təbii sərvətlərini mənimsəyib dünyaya gətirməyi də planlaşdırır. Marsın tək bir problemi var, o da burada vaxtaşırı böyük qum fırtınalarının baş verməsidir. Bununla belə, Marsı kəşf etmək elmi baxımdan mümkündür və gələcəkdə bu planetdə də insanların yaşaması üçün xüsusi şərait yaratmaq olar”.

Tarix
2020.07.31 / 10:12
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat

Bu şəxslərin maaşlarında artım oldu

Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur

İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev

Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN

ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski

Əli Kərimlidən sonra növbə kimindir?

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Bakıda gündəm olan bu maşın kimindir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla