Yuxarı

ABŞ-da qaradərililər buna görə qətl edilir - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da qaradərililər buna görə qətl edilir - Şok

ABŞ-da prezident seçkilərindən əvvəl qaradərili vətəndaşların öldürülməsi heç də təsadüfi deyil. Düzdür, bu ölkədə qaradərili vətəndaşlara ciddi irqi ayrı-seçkilik edilsə də, prezident seçkiləri öncəsi ölüm hallarının artması seçkilərin nəticələrinə təsir etmək istəyən qüvvələrin işidir.

Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ-ın Luiziana ştatının Lafayet şəhərində qaradərili şəxsin polis tərəfindən öldürüməsindən sonra başlayan kütləvi etirazları şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Trampı dəstəkləyən geniş bir qaradərili kütlə var:

"Tramp bundan öncəki seçkilərdə qələbəni məhz qaradərili vətəndaşların dəstəyi ilə qazanmışdı. Seçki öncəsi aparılan bir çox seçici sorğuları Trampı dəstəkləyən qaradərili insanların hələ də çox olduğunu göstərir. Məhz bu mənada ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi ard-arda qaradərili vətəndaşların öldürülməsini təsadüfi və ya bəsit bir qətl olaraq qiymətləndirmirəm.

Seçkilərə qısa bir müddət qalmasına baxmayaraq, namizədlər Co Bayden və Donald Tramp arasındakı rəqabət qızışır. Namizədlərin bir-birilə bağlı irəli sürdüyü faktlar, şübhəsiz, seçicilərə ciddi təsir edir. Çünki ABŞ prezidenti olmaq istəyən hər bir namizəd seçkiləri mümkün dərəcədə qalmaqallı etməlidir. Lakin qaradərili vətəndaşların öldürülməsi birbaşa seçkiləri manipulyasiya etməyə yönələn bir addımdır. Düzdür, ilk başda bunu Trampı nüfuzdan salmaq üçün rəqibi Co Baydenin etdiyi ağıla gəlir. Lakin Baydenin belə bir siyasi səhv edəcəyini düşünmürəm. İstər Corc Floyd, istərsə də yeni qətlə yetirilən qaradərili vətəndaşın ölümü Baydeni prezident görmək istəyən qruplar tərəfindən ola bilər. Heç kəsə sirr deyil ki, Baydeni dəstəkləyən nüfuzlu şəxslər, qruplar, eyni zamanda iri korporasiyalar var. Baydeni dəstəkləyən qüvvələr onu prezident görmək üçün əllərindən gələni edə bilərlər. Trampı məğlub etməyin ən rahat yolu isə onu dəstəkləyən qaradərili vətəndaşları ona qarşı ayağa qaldırmaqdır".

Tarix
2020.08.25 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ukraynaya dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla