Yuxarı

Türkiyə Fransaya görə Avropanı iflic edə bilər – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Fransaya görə Avropanı iflic edə bilər – Şərh

Fransanın antitürk siyasəti Avropa Birliyinin başını ağrıda bilər. Çünki Ankara ona qarşı atılan istənilən mənfi qərara ölkədəki miqrantların Avropaya yolunu açmaqla cavab verə bilər.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Fransanın Avropa Birliyinin (AB) digər üzvləri ilə birgə Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi üçün danışıqlar aparmasını şərh edərkən deyib.

O bildirib ki, Fransa Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi əsas gətirərək Avropa Birliyinə rəsmi Ankaraya iqtisadi sanksiya tətbiq etməsi üçün təzyiq edir:

“Ehtimal etmirəm ki, Avropa Birliyi Fransanın təhriki ilə Türkiyəyə iqtisadi sanksiya tətbiq etsin. Məsələ ondadır ki, AB təkcə Fransadan ibarət deyil. Rəsmi Parisin təşkilat daxilində nüfuzu çox olsa da, bu qərarvermə mexanizminə təsir edəcək qədər deyil. Digər tərəfdən, AB-nin digər üzvləri Türkiyə ilə münasibətləri pozmaq istəmir. Xüsusilə Almaniya, Avstriya, Macarıstan, Rumıniya rəsmi Ankaranı təşkilat üçün mühüm iqtisadi tərəfdaş hesab edir. Bu mənada Fransanın təzyiqləri ittifaqın rəsmi Ankaraya iqtisadi sanksiya tətbiq etməsi üçün yetərli deyil”.

Politoloqun fikrincə, Avropa Birliyinin Türkiyəyə iqtisadi sanksiya tətbiq etməsi ittifaqa baha başa gələ bilər:

“Türkiyə hazırda Avropa üçün qalxan rolunu oynayır. Suriyada baş verən vətəndaş müharibəsi hələ bitməyib və demək olar, hər gün minlərlə suriyalı Türkiyəyə axın edir. Türkiyə suriyalı miqrantları öz ölkəsində saxlamaq məcburiyyətində deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropa Birliyinə xəbərdarlıq edib. Türkiyəyə qarşı atılacaq hər hansı bir mənfi addım Ankaranın miqrantları Avropaya buraxması ilə nəticələnə bilər. Bu isə Avropa Birliyi üçün ciddi problem deməkdir. Bu mənada Türkiyəyə qarşı hər hansı bir iqtisadi sanksiyanın tətbiq olunması real səslənmir”.

Tarix
2020.09.08 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla